İnsan resurslarının idarəedilməsi və rəqabət üstünlükləri.
Bazar münasibətləri şəraitində insan resursları əsas rəqabər üstünlüyü kimi çıxış edir. Yüksək ixtisaslı, motivləşdirilmiş və peşəkar menecer kimi insan resursları müəssisədə təkrarolunmaz komanda, innovasiya və sahibkarlıq mühiti yaradır, biznes prosesləri və məhsul istehsalınının fasiləsiz olaraq təkmilləşdirilməsini şərtləndirir ki, bu da öz növbəsində, müəssisənin dayanıqlı və uzunmüddətli rəqabət üstünlüyünü müəyyən edir.
İnsan resurslarının səmərəli idarə edilməsi müəssisənin rəqibləri ilə müqayisədə onun rəqabət üstünlüklərini təmin edə bilər. Bunun üçün bir sıra səbəblər mövcuddur:
Heyətin vicdanlı və qənaətbəxş işçisi daha çox yüksəkkeyfiyyətli məhsuldar əməyə meyillidir ki, bu da müəssisənin sərvətinə əhəmiyyətli təsir edir;
əməkdaşları arasında möhkəm və xoşagələn münasibətlər qurmuş müəssisənin stabilliyi xarici investorları cəlb edə bilər və müəssisənin səhmlərini onların əldə etməsinə imkan yarada bilər ki, bu da öz növbəsində müəssisəyə əlavə maliyyə imkanlarının cəlb edilməsini asanlaşdırar;
Bütün səviyyələrdə müəssisənin rəhbərliyi və heyətinin himayəsində olan sərvətlərin ümumi sisteminin mövcudluğu uzunmüddətli planların və strategiyaların işlənilib hazırlanmasına imkan yaradır;
Müəssisənin resurslarını daha səmərəli üsullarla istifadə etmək lazımdır (peşəkarların hazırlanması üçün yüksək keyfiyyətli proqramın realizasiyası prosesində qazanılmış və toplanmış heyətin ən yüksək peşəkar bacarıqlarından istifadə edilməsi və müəssisəyə daha yaxşı kadrların cəlb edilməsi yolu ilə);
Müəssisədə yüksək keyfiyyətin müdafiə olunmasını şərtləndirən təşkilati mədəniyyət üstün olmalıdır;
Dəyişikliklər müəssisənin iş ahənginə çox kiçik pozulmalarla təsir etməlidir;
Müəssisənin insan resurslarının səmərəli idarəedilməsi müəssisənin səlahiyyətlərini möhkəmləndirir və artırır.
Məhz bu yanaşma heyətin idarə edilməsinə münasibətlərin dəyişilməsinə tələbat yaratdı. Biznes strategiyanın reallaşmasında heyətin açar resurs kimi qiymətləndirilməsi onların strateji səviyyədə idarəetməsini zəruri edir. Bu məsələnin həlli üçün insan resurslarının idarə edilməsinin biznes strategiyaya inteqrasiyası lazımdır.
İnsan resurslarının strateji idarə edilməsi müəssisənin insan resurslarına münasibətdə məqsəd və planlarına dair qərarların qəbul edilməsinə kompleks yanaşmanı özündə əks etdirir.
Müasir korporativ idarəetmə üsulları ilə fəaliyyət göstərən müəssisələrdə insan resurslarının idarə edilməsi sistemi təşkilati sosial-iqtisadi məqsədlər üçün əmək və yaradıcı potensialın rasional formalaşmasını, istifadəsini və inkişafını, işçilərin şəxsi tələbatlarının ödənilməsini nəzərdə tutur.
Beləliklə, insan resurslarının səmərəli idarə edilməsi rəqibləri ilə müqayisədə müəssisənin rəqabət üstünlüklərini təmin edir. Məlumdur ki, əməkdaşlar işlərindən məmnun qaldıqda öz vəzifələrini daha vicdanla və məsuliyyətlə yerinə yetirməyə çalışırlar. Heyətin vicdanlı və qənaətbəxş işçisi daha çox yüksək keyfiyyətli məhsuldar əməyə meyilli olur ki, bu da müəssisənin səmərəli fəaliyyətinə əhəmiyyətli təsir göstərir. Eyni zamanda, əməkdaşları arasında möhkəm və xoşagələn münasibətlər qurmuş müəssisənin stabilliyi xarici investorları cəlb edə bilir və müəssisənin səhmlərini onların əldə etməsinə imkan yarada bilir ki, bu da öz növbəsində müəssisəyə əlavə maliyyə imkanlarının cəlb edilməsini asanlaşdırır. Müəssisəyə daha yaxşı kadrların cəlb olunması və onların yüksək peşəkar bacarıqlarından istifadə edilməsi müəssisənin resurslarının daha səmərəli üsullarla istifadəsinə səbəb olur, uzunmüddətli planların və strategiyaların işlənilib hazırlanmasına imkan yaradır.
Dostları ilə paylaş: |