Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə46/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   137
HRM 2021 yaz semestr

Motivasiya. ”Movement” sözündən əmələ gələn “motivasiya” termininin mənası hərəkət deməkdir. Motivasiya prosessual nəzəriyyəsinə aid olan model Adams modeli adlanır. Motivasiya insanları fəaliyyətə təhrik edən daxili və xarici hərəkətverici qüvvələrin məcmusudur. Motivasiyanın idarə edilməsinin qeyri-maddi üsullarına aiddir: müəssisədə mikromühit, peşəkar inkişaf imkanları, karyera yüksəlişi imkanları, elastik iş qrafiki və s. Etibar, hörmət, nüfuz motivasiyanın mənəvi üsulu adlandırılır. İkiamilli motivasiya nəzəriyyəsinin müəllifi F.Hersberqdir. F.Teylor nəzəriyyəsinə görə motivasiya kvotanı (normanın) artıqlaması ilə yerinə yetirən işçiyə hər istehsal predmetinə görə daha çox ödənişi nəzərdə tutur: Motivasiyanın iqtisadi üsulu fiksə edilmiş (baza) stavkadan və müəssisənin gəlirindən asılı olaraq dəyişən hissədən ibarət əmək haqqının ödənilməsini nəzərdə tutur. Müəssisə heyətinin motivasiya sistemi əməyin stimullaşdırılmasının maddi və qeyri-maddi üsullarını özündə əks etdirir. İnsanların qazanc əldə etməsi, onların rifahının yüksəlməsi motivasiyanın iqtisadi üsuludur. İşçinin əməyindən razı qalma öz ifadəsini vəzifədə yüksəlmə, əmək haqqının artırılması, əlavə məzuniyyət verilməsində tapır. Müəssisə heyətinin motivasiya sistemi işçilərin əmək aktivliyinin yüksəldilməsinə istiqamətlənmiş kompleks tədbirləri nəzərdə tutur. Müəssisədə insanlara daha çox təsir göstərən amillər sırasına daxildir: müəssisənin ierarxik strukturu, müəssisə mədəniyyəti və intizam.

Müəssisə menecerlərin əksəriyyətindən işçilərin maaşlarına dair sual verəndə, adətən onlar deyirlər ki, onların şirkətlərinin verdiyi maaş digərlərindən az deyil, yaxud hətta onlardanda üksəkdir. Onlar dərk edirlər ki, şirkətin əldə etdiyi mənfəətlə işçilərə verilən maaş arasında ziddiyət var. Xüsusilə, bu problem azad bazar iqtisadiyyatına keçməyə cəhd göstərən keçid mərhələsində olan ölkələrə aiddir. Bu halda təsərrüfatın sahələrinin əksəriyyətində gəlirin səviyyəsi çox aşağıdır və insanların layiqli həyat yaşaması üçün kifayət qədər deyil.

İşçilərin mükafatlandırma forması müxtəlif ola bilər, məsələn, konkret bir nailiyyət əldə edilməsinə görə mükafat. Bu forma xüsusilə malların satışı üzrə işləyən heyyətə şamil edilə bilər.

Mükafatlandırılmanın digər formaları:



  • işçilər üçün müxtəlif imkanların yaradılması (məsələn, uşaqlar üçün çevik proqramlar və müavinətlər),

  • sağlamlıq sığortası,

  • müəyyən əşyaların alınmasına yönəldilən ssudalar,

  • şirkətin özünün istehsal etdiyi malların alınmasında güzəştlər,

  • bayram və digər xüsusi hadisələrlə bağlı olan mükafatlar.

Çox vacib odur ki, mükafatlandırma siyasətində menecer (sahibkar) ardıcıl olmalıdır. Bu prinsip həm mükafatlandırma, həm də cəzalandırmaya aiddir.

Əməyin ödənilməsi fəaliyyətin əmək sərfinə, əmək məhsuldarlığına müvafiq olaraq bölüşdürülə bilər. Hal-hazırda əmək haqqını əməyin ümumi həyatda zəruriliyi nəticəsinə müvafiq olaraq müəyyən etmək lazımdır.

Motivləşmə daha çox psixoloji termindir. Motiv­ləş­mə insa­nı məqsədyönlü formada hər hansı bir işi görməyə sövq edən, onu hərəkətə gətirən bir prosesdir.

Motivləşmə prosesinin baş verməsində motivasi­ya­nın rolu olduqca böyükdür. Motivasiya motivlər toplu­su­dur. Motiv­lər dedikdə, prosesin baş verməsi üçün lazım olan amil­lər, səbəblər, maraqlar, elementlər, xüsu­siy­yətlər ba­şa düşü­lür. Motivlər insanı fəaliyyətə təhrik edir. De­mə­li, moti­vasiya insanı fəaliyyətə sövq etdirən və ya onu fəal­laş­dıran daxili və xarici hərəkətverici qüv­və və amil­lə­rin məc­mu­sudur. Burada daxili və xarici hərə­kət­verici qüv­vələr mo­tivlərdir.

Motivləşmə prosesi isə insanda motivlərin köməyi ilə fəaliy­yətin başlaması, davam etməsi və fəallığın art­ma­sı pro­sesidir. Motivləşmənin əsasında insan tələbatları da­ya­­nır. Maddi və mənəvi ehtiyaclar insanın mad­di və mə­nə­vi tələ­bat­larını yaradır. İnsan öz tələbatını ödə­mək üçün müx­­təlif üsul və vasitələr axtarır. Tə­lə­bat­lar insanı həyat və əmək fəaliyyətinə sövq edir. Bu­ra­dan belə aydın olur ki, tə­ləbat­lar insanın fəallığının mənbəyini təşkil edir. De­mə­­li, mo­tivləşmə prosesinin əsas mənbəyi tələbatlardır.

Əgər motivləşmə hərəkətverici qüvvədirsə, motiv bu qüv­­vəni yaradan səbəb və ya amildir.

Motiv təkcə hərəkətin və fəaliyyətin başlanmasında və hə­yata keçirilməsində rol oynamır. Motiv, həmçinin fəaliy­­­yətin aktivləşməsində və sürətləndirilməsində də əhə­­­miyyət kəsb edir. Motivlər, yəni hərəkətverici qüvvələr insanın xa­ri­cin­də və daxilində olur.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin