Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


İşçi seçiminin həyata keçirilməsi funksiyası



Yüklə 409,21 Kb.
səhifə53/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   49   50   51   52   53   54   55   56   ...   137
İşçi seçiminin həyata keçirilməsi funksiyası. İşçi seçimi müraciət edənlər arasından iş analizi prosesində aşkarlanan xüsusiyyətlərə ən uyğun şəxsin təşkilata cəlb olunması prosesidir. Bu proses zamanı namizədin təşkilat dəyərlərinə və mədəniyyətinə uyğunlaşma bacarıqları analiz edilməlidir. Bu yolla təşkilatın gözlədiyi davranış və mövqeyi nümayiş etdirən işçinin seçimi mümkün ola bilər. Bu uyğunluq işçinin təşkilata bağlılığını artırması ilə yanaşı, təşkilatın digər işçiləri üçün edəcəklərini də artırır. İşçi seçimi zamanı istifadə olunan ölçü göstəriciləri işçinin təşkilati ehtiyaclara uyğunluğunu ölçməlidir. Ölçü göstəricilərinin namizədin təşkilati ehtiyaclara uyğunluğunu uğurla sınaqdan keçirməsi yeni işçinin təşkilata uyğunlaşması, işini sevməsi və yüksək bacarıqlar nümayiş etdirməsində başlıca amil ola bilər.

Seçimdə ədalətli olmaq namizədin təşkilat haqqında müsbət düşünməsini təmin edir. Bərabər iş uğurlarına sahib olan namizədlərin bərabər seçilmə şanslarına sahib olması müsbət düşüncələrin qaynağı olar. İşə qəbul olunan yeni işçi təşkilati ədalət səbəbindən təşkilati bağlılıq davranışını inkişaf etdirir və təşkilatın işləməyə uyğun bir yer olduğunu düşünür. Rəhbərlər tərəfindən bütün namizədlərə bərabər münasibət göstərmək, gözlənilən davranışları nümayiş etdirməsi üçün yeni işçilərə stimul yarada bilər.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin