Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə54/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   137
Təhsil və inkişaf funksiyası. Təhsil dəyişikliklərlə ayaqlaşmaq, işçilərin bilik və bacarıqlarını artırmaq, mövqe və davranışlarını dəyişdirmək və işçiləri yeni vəzifələrinə hazırlamaq məqsədi ilə həyata keçirilən fəaliyyətdir. Təhsil və inkişafda başlıca məqsəd işçini dəyişən ətraf mühitin tələblərinə uyğunlaşdırmaqdır. Bu səbəbdən qlobal səviyyədə təhsilə böyük yatırımlar edilir və müxtəlif təhsil metodlarından istifadə olunur. Ən çox istifadə olunan metodlar şirkət daxili, şirkət xarici və iş vaxtında olan təhsildir.

Təhsilin şəxsiyyət və davranışlara təsir göstərməsi, rol davranışlarında təsirliliyi artırır və baş verən hadisələrə işçilərin uyğunlaşmasını təmin edir. Bazar tələbləri və təşkilati ehtiyaclara diqqət yetirilməsi təhsil proqramlarının məqsədlərinə çatmasına imkan yaradır. Bundan başqa təhsil proqramı işçilərin şəxsiyyətinə, dəyərlərinə və fərdi məqsədlərinə uyğun təşkil olunmalıdır. İşçiyə təhsil müddəti boyunca təşkilati məqsədlər mənimsədilməli və bu məqsədlər üçün səy göstərməsi təmin olunmalıdır.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin