Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə62/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   137
HRM 2021 yaz semestr

Avtokrat üslub. Avtokrat sözü latın dilində hakimiyyət, təsir demək­dir. Avtok­ratiya yunan dilində avto özü, kratiya ha­ki­miy­yət demək­dir. Avtokratizm əsasən hakimiyyətin si­ya­si for­ma­sı­dır. Bu cür idarəetmə forması müəssisə və təş­kilatlar üçün də xarakterik olur. Avtoritar hakimiyyəti apa­ran sub­yekt şəxs və ya qrup ola bilər. Yəni haki­miy­yət bir nəfə­rin və ya qrupun əlində cəmləşir. Avtok­rat re­jim­­də qərar­ları təkbaşına formada rəhbərlər qəbul edir, idarəetmənin aşağı sferaları yalnız icraçı kimi çıxış edir­lər. Avtokrat rejim özü də totalitar və avtoritar rejim­lər­dən ibarət­dir.

Avtokrat üslubda rəhbərlər bütün haki­miy­yəti əlin­də cəm­ləşdirməklə idarəetmənin vahid rəh­bər­lik (və ya tək ba­şına) prinsipinin tətbiqinə üs­tün­lük ve­rirlər. Bu cür rəh­bər­lər işçinin motivə olun­ma­sında in­zi­bati üsullara daha çox üstünlük verir, onları məcbur etməklə, hədə­lə­mək­lə, cə­za tədbirləri tətbiq etmək­lə işləməyə məc­bur edir­lər. Av­tokrat üslubda qeyd etdiyimiz kimi, bəzən rəh­bər hakimiyyətin ida­rə edil­mə­sinə hər hansı bir şəxsi və ya qrupu cəlb edir. La­kin yenə də həmin rəhbər özünü hakim şəxs kimi təq­dim edir.

 



Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin