Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Kadr planlaşdırılmasma təsir edən daxili amillər



Yüklə 409,21 Kb.
səhifə67/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   137
HRM 2021 yaz semestr

Kadr planlaşdırılmasma təsir edən daxili amillər

İşlərin analiz edilməsi. Müəssisədaxili faktorlar analiz edilərkən əsas diqqəti xüsusilə müəssisənin işçi qüvvəsi baxımından güclü və zəif tərəflərini nəzərdən keçirməkdir.

Bu zaman planlaşdırma işini aparan şəxslər aşağıda göstərilən suallara cavab tapmalıdırlar:

1. Bu anda hansı işlər mövcuddur?

2, Görüləcək hər bir işin digər işlərlə bağlantısı (əlaqəsi) nə vəziyyətdədir?

3. Hər bir işi neçə işçi görə bilər?

4. Hər bir iş müəssisə üçün nə qədər əhəmiyyət kəsb edir?

Bu suallara cavab verməklə planlaşdırma aparan şəxs işçilər və görüləcək işlərlə bağlı bir analiz edə bilər.

İşçilərin səriştə və bacanğmm analiz edilməsi. Planlaşdırma fəaliyyətini yüksək səviyyədə həyata keçirmək və bu planla uyğun olaraq müəyyən edilən işçi qüvvəsini əldə etmək üçün müəssisənin malik olduğu işçilərin sayı, bacanqları, xüsusiyyətləri, güclü və zəif tərəfləri haqqında məlumata malik ol maq lazımdır. Bu işi müasir texnikanın yəni kompyuterlərin köməyi ilə də həyata keçirmək mümkündür. Müəssisədə işləyən işçilərlə əlaqədar verilənlər müəyyən sənədlərdə öz əksini tapmalıdır. Belə bir inventarlaşdırma fəaliyyətinin həyata keçirilməsi nəticəsində müəssisədə çalışan insanların yaşları, cinsləri, bacanqlan haqqında məlumatlar toplamr. Gələcəkdə bu məlumatlar, boşalan yerləri kadrlarla doldurmaq üçün istifadə olunur. İşçilərlə bağlı məlumatlar hər il, bəzən isə hər ay dəyişiklik göstərə bilər. Buna görə də bu məlumatlar mütəmadi olaraq gözdən keçirilməlidir. İşçilərə aid məlumatlar əsas etibarilə kadrlar uçotunun şəxsi vərəqində göstərilir. Bu vərəqələrdə işçinin adı, soyadı, cinsi, yaşadığı yer, doğum tarixi, işə daxil olduğu tarix, xarici dilbilmə qabiliyyəti, təhsili, aldığı maaş artımları, işləmə müddətində aldığı tərifnamələr və ya töhmətlərlə bağlı məlumatlar göstərilir.Eyni zamanda əmək kitabçasında göstərilən məlumatlar da bunlar arasındadır.

Planlaşdırmadan məsul olan şəxslər bu məlumatlardan istifadə edərək gələcəkdə kimlərin ixtisaslaşma kurslanna göndəriləcəkləri ya da kimlərin yüksək vəzifələrə keçiriləcəkləriylə bağlı qərarlar verə bilərlər.

Eyni zamanda müəssisə daxilində təqaüdə çıxacaq işçilərin saymın müəyyən edilməsi, ölüm kimi faktorların analiz edilməsi lazımdır. Çünki bu faktorlar işçi sayının azalmasma səbəb olur. Müəssisədaxili faktorlarm analiz edilməsində əsas məqsəd müəssisənin gələcəkdə yerinə yetirəcəyi siyasətin qabaqcadan müəyyənləşdirilməsidir.

Kadr potensialma olan tələbatın proqnozlaşdmlmasu Kadr potensialına olan tələbatın təhlil obyektlərinə aşağıdakı ünsürlər daxildir:

• vəzifənin(peşənin) adı;

• vəzifə (peşə) üzrə mövcud işçilərin sayı;

• vəzifə (peşə) üzrə mövcud vakant yerlərin sayı;

• vəzifə (peşə) üzrə yekun saylar;

• təhlil edilən dövr ərzində ştatlar üzrə kadr axınının faizinin öyrənilməsi; • vəzifə (peşə) üzrə mövcud işçilərin yaş (təqaüd yaşı, həqiqi hərbi xidmətə çağırılma yaşı) göstəricilərinin öyrənilməsi;

• vəzifə (peşə) üzrə mövcud işçilərin staj göstəricilərinin öyrənilməsi;

• proqnozlaşdırılan dövr üçün kadr təminetmə imkanlarının öyrənilməsi;

• proqnozlaşdırılan dövr üçün vəzifə (peşə) üzrə mövsümi və müvəqqəti xarakterli işçilərin öyrənilməsi, proqnoza təsir etmə mümkünlüyünün öyrənilməsi;

• proqnozlaşdırılan dövr üçün kadr potensialına olan tələbata təsir edən digər faktorların və onların təsiretmə əmsallarının öyrənilməsi.




Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin