Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Inzibati üsul. İnzibati üsul idarə edənin idarə olunan obyektə bir­ba­şa və bilavasitə təsir üsuludur



Yüklə 409,21 Kb.
səhifə72/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   137
HRM 2021 yaz semestr

Inzibati üsul. İnzibati üsul idarə edənin idarə olunan obyektə bir­ba­şa və bilavasitə təsir üsuludur. İnzibati üsul məc­buredi­ci üsuldur və yüksək tələbkarlıq əsasında insanları fəaliy­yətə, icraçılığa, nizama, intizama sövq edir. Müəs­si­sə­lərin rəh­bərləri bu cür üsulların tətbiqi üçün əmr etmək, sərən­cam­lar, göstə­rişlər, tapşırıqlar vermək səlahiy­yət­lə­ri­nə malik­dirlər.

İnzibati üsullar qanunların, qaydaların rəhbərlərə ver­­diyi səlahiyyətlər əsasında həyata keçirilir. İnzibati metod normativ-sərəncam xarakteri daşıyır və onun yerinə yetirilməsi məcburidir. İnzibati-sərəncam metod­la­rı­nın obyekti geniş və çoxcəhətlidir. Lakin bunu müəyyən is­ti­qamət üzrə təsnifata ayırmaq olar. İnzibati təsir meto­du­nun köməyi ilə istehsal sahələrinin təşkili sistemi, onların idarəetmə orqanları, əməyin təşkili formaları, işçi-rəhbər münasibətləri formalaşdırılır və təkmilləşdirilir.

İnzibati idarəetmə subyektlərin birinin digərinə ta­beçi­liyi ilə bağlıdır. İnzibati idarəetmə hər hansı subyektin öz iradəsini bir tərəfli qaydada bildirməsi ilə əlaqədardır.

İnzibati idarəetmə işçilərin vəzifə və funksiyalarını müəy­yən­ləşdirir. İnzibati təsir üsulları aşağıdakı inzibati dav­ranış və hərəkətləri yerinə yetir­mək­lə həyata keçirilir: əmr et­mək­lə, tapşırıqlar, göstərişlər verməklə, diktə et­mək­lə, va­dar etməklə və s.

İnzibati üsulları aşağıdakı kimi təsnifləşdirmək olar:

1. Məcbur edici (Hərəkəti etməyə məcbur etmək üsu­lu).

2. Qadağan edici (Hərəkəti etməyi qadağan etmək­ üs­u­­­­lu). Bu üsul inzibati tədbirlərlə, qorxutmaqla, hədə­lə­mək­lə həyata keçirilir.

3. Səlahiyyət verici.

4. Həvəsləndirici üsul.

İnzibatçılıq yüksək idarəetmə bacarığı və qabiliy­yətidir. İnzibati təsir metodunun başlıca xüsusiyyətləri aşa­­­­ğı­­dakılardan ibarətdir:



  • inzibati üsul müəssisə və təşkilatlarda kollektiv mü­­na­­sibətləri formalaşdırır və tənzimləyir;

  • inzibati üsul idarəetmə münasibətlərində, sərəncam verici-icraedici strukturlarda subyektlər arasında hakimiy­yət və tabeçilik münasibətlərini formalaşdırır;

  • inzibati üsul öhdəlikləri, yerinə yetirilməməsinə görə cavabdeh şəxslərin məsuliyyətini müəyyən edir.

İnzibatçılıq inzibati proses olaraq üç funksiyanı ye­rinə yetirir.

  1. Hüquqyaradıcı. İnzibati üsul müəssisədə qanun­ve­ri­cilik aktlarının, dövlət standartlarının və normativ sə­nəd­lərin tətbiqini, daxili qaydaların, təlimatların forma­laş­dırılmasını və onlara əməl edilməsini tələb edir.


  2. Yüklə 409,21 Kb.

    Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin