Yeni işçilərin hazırlanma prosesi. Yeni işçilərin bilik və bacarıqlarından asılı olmayaraq, onlara təşkilatın iş mühitinə uyğunlaşmaq və işin xüsusiyyətlərini dərindən dərk etmək üçün vaxt lazımdır.
Çox vaxt yeni seçilmiş işçilərə əlavə məşğələ sessiyalarının keçirilməsi daha məqsədəuyğundur. İşin əvvəlində yeni işçilərə müdiriyyət və həmkarlar tərəfindən mənəvi dəstək tələb olunur, əks təqdirdə, onlar tərəddüd edəcəklər və özlərini faydasız hiss edəcəklər.
İşçilər üçün müxtəlif məşğələ proqramları baha olsada, bu xərclər gələcəkdə özünü doğruldacaq. Sınaq müddətinin başa çatmasından sonra kollektivlə qarşılıqlı əlaqəni, fəaliyyət normaları və qaydalarının mənimsənilməsini, bilik və bacarıqların mənimsənilməsini qiymətləndirmək lazımdır.
Dostları ilə paylaş: |