Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


İnsan resurslarının idarəedilməsinin formalaşması prinsipləri



Yüklə 409,21 Kb.
səhifə86/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   137
HRM 2021 yaz semestr

İnsan resurslarının idarəedilməsinin formalaşması prinsipləri

Müasir müəssisələrdə insan resurslarının idarəedilməsi sisteminin formalaşması bir sıra prinsiplər əsas götürülməklə həyata keçirilir:



  • Komplekslilik , yəni insan resurslarının idarəedilməsi sisteminə təsir edən bütün amillərin nəzərə alınmasının zəruriliyi;

  • Elmililik – idarəetmə sisteminin qurulması zamanı bazar iqtisadiyyatı şəraitində ictimai istehsalın inkişaf qanunları nəzərə alınmaqla iqtisadiyyat, idarəetmə, psixologiya, sosiologiya, hüquq və s. sahəsində elmi müddəalara əsaslanmaq lazımdır;

  • Proqressivlik – insan resurslarının idarəedilməsi sisteminin formalaşması yerli və xarici əmək təcrübəsinə əsaslanmalıdır;

  • Perspektivlik – insan resurslarının idarəedilməsi sisteminin layihəsinin hazırlanması müəssisənin strateji inkişaf perspektivləri nəzərə alınmaqla “gələcəyi görərək” həyata keçirilməlidir;

  • Məqsədlərin inteqrasiyası və vəzifələr – insan resurslarının idarəedilməsi sisteminin səmərəliliyini onun səciyyəvi xüsusiyyətləri əsasında deyil, digər altsistemlərlə qarşılıqlı əlaqəsi, təşkilatın ümumi səmərəliliyinə, sərvətinə və korporativ məqsədlərin əldə olunmasına verdiyi töhfəsi nöqteyi-nəzərincə qiymətləndirmək lazımdır;

  • Adaptivliyi (uyğunlaşması) – insan resurslarının idarəedilməsi sistemi konkret müəssisənin spesifik fəaliyyətini, onun inkişaf strategiyasını, təşkilati mədəniyyət xüsusiyyətlərini əks etdirməlidir, yəni təşkilatin istər daxili, istərsə də xarici mühitində dəyiçilən məqsədlərə, vəziyyətə, şərtlərə uyğunlaşmağı bacarmalıdır;

  • Özünüinkişaf – insan resurslarının idarəedilməsi sistemi təşkilatın rəqabətqabiliyyətinin gücləndirilməsi və yüksək keyfiyyətlə inkişafı üçün təkmilləşdirmələrə, yenilənmələrə, innovasiyalara istiqamətlənməlidir;

  • Tamlığı (vəhdəti) – insan resurslarının idarəedilməsi sistemi onun tərkib elementlərinin məcmusu deyil, bütün təşkilatın tamlığını təmin edən, öz səciyyəvi xüsusiyyətlərinə malik, onun digər altsistemləri ilə qarşılıqlı təsirlə birgə məhdud sistemdir;

  • Bərabərlik – tabeçilik normaları, fəaliyyət həcmi və əməktutumu üzrə insan resurslarının idarəedilməsi sisteminin elementlərinin uyğunluğu deməkdir. Bu prinsip həlqələr, altbölmələr arasında qarşılıqlı təsirin rasionallığını, iş ahəngini, fəaliyyət intizamını müəyyən edir;

  • Paralellik prinsipi – ayrı-ayrı idarəetmə qərarlarının eyni zamanda yerinə yetirilməsi, heyətin idarə edilməsi operativliyinin yüksəlməsi deməkdir.

  • insan resurslarının idarəedilməsi sisteminin səmərəliliyi – yəni, insan resurslarının inkişafında investisiya nisbətlərinin hesabının uçotu və müəssisə fəliyyətinin nəticələri.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin