Eyzenhauer matrisi:
ABŞ prezidenti Eyzenhauerin matrisinə görə görüləcək işlər 4 hissədən ibarət dördbucaq üzrə bölünür.
1-ci hissəyə aid iş nümunəsi: xəstələnmişəm və həkimə getməliyəm.
2-ci hissəyə aid iş nümunəsi: xəstələnməmək üçün idmanla məşğul olmalıyam.
3- cü hissəyə aid iş nümunəsi: telefon zəng çalır (dəstəyi qaldırmaq təcilidir, amma əksər hallarda qaldırmasan da problem yaranmaz).
4-cü hissəyə aid iş nümunəsi: daxil olan e-mail-a baxmalıyam.
1-ci hissəyə tuşlanmaq olmaz. 2-ci hissəyə işləyərək çalışmaq lazımdır ki, 1-ci hissəyə iş az keçsin, əks halda ömrü boyu necə deyərlər yalnız “yanğını söndürməklə” məşğul olacağıq. Misaldan da görünür ki, 2-ci hissənin icrası məhz elə bir vəziyyət yaradır ki, oradan 1-ci hissəyə işlər ya heç daxil olmur, ya da az daxil olur. 2-ci və 4-cü hissələrin həlli üçün proaktivlik lazımdır. Çox güman ki, nəticəyə ən çox təsir edən işlər məhz 2-ci hissədəkilərdir. İşə dərhal başlamaq, sonraya saxlamamaq, nəzərdə tutulan işləri vaxtında bitirmək lazımdır.
Brayan Treysi sonraya saxlanan işləri qurbağaya bənzədir. Nə qədər nifrət etsək də onları yeməliyik. Əvvəl onlar balaca olur, vaxt getdikcə isə böyüyür. Bu işləri əvvəl-axır etməliyik deyə yaxşı olar ki, qurbağalar balaca olanda onları udaq, əks halda böyümüş qurbağaları tikələrə bölərək yeməyə məcbur olacağıq. Vaxtınızı böləndə mövcud vaxtın 50-60%-ini nəzərə alın. Gözlənilməz hadisələr ola bilər.
İtalyan iqtisadçısı Pareto 20/80 qaydasını yaratmışdı. Bu qayda demək olar ki, hər yerdə özünü doğruldur. Bizim hala tətbiq etsək bu o deməkdir ki, işlərimizin ancaq 20%-i əhəmiyyətli dərəcədə həyatımıza təsir göstərə bilir. Belə ki, uğurlarımızın 80%-i məhz həmin 20%-lik işlərin icrası nəticəsində əldə olunur. Bu 20% demək olar ki, tamamilə 2-ci hissədəki işlərdən ibarətdir.
İşi vaxtında və keyfiyyətli yerinə yetirmək üçün bəızi məqamlarda “Yox” deməyi bacarmnalıyıq. Planlarımızı icra etməyə mane olan dostlarımıza (planlarımızda onlara da müəyyən qədər vaxt ayırmalıyıq), vaxtyeyənlərə (mobil telefon, kompüter, televizor, sosial şəbəkələr və s.) “yox” deməyi bacarmalıyıq. Orta hesabla insan ömrünün 7,6 ilini televizora baxır, 8,5 ilini yolda keçirir, 2,8 ilini xəstə olur, 1,5 ilini heç nə etmir). Gündə 2 saat televizora baxsaq 60 ilə 5 il alınır, 3 saat telefonla oynasaq – 7,5 il. Bu vaxtı azaltsaq, yoldakı vaxtımızı səmərəli keçirsək (audiokitabları dinləyərək), sağlamlığımıza fikir verərək az xəstələnsək, 7-8 saatdan çox yatmasaq biz 15 ildən çox vaxt qazanmış oluruq. Bunun üçün güclü iradə tələb olunur.
Dostları ilə paylaş: |