Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


-ci hissəyə əsaslanan orqanayzerın 6 meyarı



Yüklə 409,21 Kb.
səhifə89/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   85   86   87   88   89   90   91   92   ...   137
HRM 2021 yaz semestr

2-ci hissəyə əsaslanan orqanayzerın 6 meyarı:

1. Uyğunluq (matrisdə qeyd edilən iş və hədəflər dəyərlərə, əvvəl müəyyən etdiyimiz uzunmüddətli hədəflərə uyğun olmalıdır);

2. Balans (imkan daxilində bütün sahələri əhatə etməlidir: iş, şəxsi inkişaf, ailə, sağlamlıq). Ən vacib anlarda balansdan kənarlaşmaq da mümkündür;

3. Böhranın qarşısını alaraq daim böhran şəraitində işləməmək üçün 2-ci hissəyə fokuslanma;

4. Formalizmdən qaçma (nəticəyə tuşlanın, işləri sadəcə quş qoymaq xətrinə etməyin);

5. Çeviklik (bu alət sizin qulunuz olmalıdır, ağanız yox, ciddi ehtiyac olanda dəyişikliklər edin, amma bundan suiistifadə etməyin);

6. Mobillik (daim üstünüzdə olsun).

2-ci hissəni özümüz etməliyik. 4-cü hissənin icrasını mümkün qədər tamamilə başqalarına ötürməliyik, 1-ci və 3-cü hissələrin əksəriyyətini digər şəxslərə ötürməyimiz məqsədəuyğundur. (işçilərinizə, kiçik qardaşınıza, sizdən az bacarıqlı dostunuza və s.).

80/20 Prinsipinin əsasını təşkil edən riyazi asılılıq bundan 100 ildən çox daha öncə, 1897 – ci ildə italyan iqtisadçı Vilfredo Pareto tərəfindən müəyyən edilmişdir. Onun ixtirasını müxtəlif cür adlandırırdılar, o cümlədən Pareto prinsipi, Pareto qanunu, 80/20 qaydası, ən az səy prinsipi, Disbalans prinsipi. Bu materialda biz onu 80/20 Prinsipi adlandıracayıq. 80/20 Prinsipi geniş kütləyə aşkar olmasa da, indiki iş adamlarına, biznesmenlərə, entuziast-kompüterçilərə, texniki nəzarət şöbələrinin mütəxəssislərinə böyük təsir göstərmişdir və beləliklə, hazırda yaşadığımız dünyanın formalaşmasına gətirib çıxarmışdır. Buna baxmayaraq, 80/20 Prinsipi bizim zəmanənin ən böyük sirrlərindən biri olaraq qalır və onun haqda biliklərə malik olanlardan bir çoxları da onun gücünün yalnız bir hissəsindən istifadə edirlər.

Bəs Vilfredo Pareto nəyi aşkara çıxarmışdır? Belə alınmşdır ki, bir dəfə o, XIX əsrdə İngiltərədə var-dövlət və gəlirlərin bölüşdürülməsini nəzərdən keçirmişdir. O, aydınlaşdırmışdır ki, gəlir və material dəyərlərin çox hissəsi tədqiq olunan qruplarda insanların az bir hissəsinə məxsusdur. Ola bilsin ki, burada Pareto üçün təəccüblü heç nə yox idi. Amma o, özünün fikrincə iki mühüm faktı da müəyyənləşdirmişdir. Birincisi, insan qrupunun sayı ilə (nəzərədn keçirilən əhalinin ümumi sayına faizlə nisbətdə) bu qrupun nəzarət etdiyi var-dövlət və gəlir arasında dəyişməz riyazi əlaqə vardır. Başqa sözlə desək, əgər insanların 20%-nin material dəyərlərin 80%-nə malik olduqları məlumdursa, əminliklə demək olar ki, əhalinin 10%-i material dəyərlərin 65%-nə, 5%-i isə – 50%-nə malikdir. Pareto üçün burada başlıca olan rəqəmlər deyildi, var-dövlətin əhali arasında balanslaşdırılmamış bölgüsü idi.

Paretonu valeh edən digər bir ixtirası isə o idi ki, disbalansın bu sxemi müxtəlif ölkələr və müxtəlif zamanlar üzrə statitik göstəricilər üçün dəyişməz qalırdı. İstər İngiltərə üçün onun tarixinin istənilən dövrü üzrə , istərsə də Paretonun digər ölkələr üçün istənilən zamanlar üzrə əldə etdiyi göstəricilər yenidən riyazi dəqiqliklə təkrar olunurdu.

Bu nədir – sadə təsadüf , yoxsa iqtisadiyyat və cəmiyyət üçün böyük əhəmiyyətə malik olan bir şey? Bu sxem təkcə var-dövlət və gəlirlər üzrə deyil, başqa sahələrdə də işləyə bilərmi? Pareto parlaq yenilikçi idi ,çünki ona qədər var-dövlət və gəlirlərin bölüşdürülməsi ilə gəlir əldə edən və ya mülkiyyətə sahib olan insanların sayı kimi qarşılıqlı əlaqədə olan iki sistemi nəzərdən keçirərək müqayisə etmək heç kimin ağlına gəlməmişdi (Hazıki dövrdə bu metod adiləşmişdir və biznes və iqtisadiyyat sahəsində iri nailiyyətlərə səbəb olmuşdur).

Təəssüf ki, Pareto öz ixtirasının mühümlyünü dərk etsə də, onu izah edə bilmədi. O, bir sıra yaxşı, lakin əlaqəsiz sosial nəzəriyyələr irəli sürmüşdür, bunlarda elitanın mühüm rolunu qeyd etmişdir, lakin bu nəzəriyyələr onun ömrünün sonunda Mussolininin faşistləri tərəfindən mənimsənilmişdir. Bütöv bir nəsil dövründə 80/20 Prinsipi qimətləndirilməyib. Bir çox iqtisadçıların, xüsusən də amerikan iqtisadçılarının 80/20 Prinsipinin mühümlüyünü dərk etmələrinə baxmayaraq, yalnız ikinci Dünya müharibəsindən sonra iki şəxs bir-birindən xəbərsiz 80/20 Prinsipinin nəyə qadir olduğunu dünyaya nümayiş etməyə başladı.

80/20 Prinsipinə görə, qoyulan vəsaitin və ya göstərilən səylərin kiçik hissəsi, nəticənin, alınan məhsulun və ya qazanılmış mükafatın böyük hissəsinə cavabdehdir. Məsələn, işdə nəticələrin 80%-nin əldə edilməsinə ümumi vaxtın cəmi 20%-i sərf olunur. Belə çıxır ki, təcrübədə sizin göstərdiyiniz səylərin 4/5-ünün (heç də az olmayan bir hissə) alınmış nəticəyə heç bir aidiyyatı yoxdur. Yeri gəlmişkən, adətən bu insanların gözləntiləri ilə üst-üstə düşmür. 

Beləliklə, 80/20 Prinsipi təsdiq edir ki, disproporsionallıq səbəb və nəticə, qoyulan və götürülən vəsait, göstərilən səy və əldə edilmiş mükafat arasındakı münasibətlərin ayrılmaz xüsusiyyətidir. “80/20” ifadəsi bu disproporsiyanı yaxşı təsvir edir: qoyulan vəsaitin 20%-i əldə ediləcək vəsaitin 80%-nə cavabdehdir, nəticələrin 80%-i səbəblərin 20%-dən doğur, səylərin 20%-i 80% nəticə verir.

80/20 Prinsipinin ədalətliliyini sübut edən bir çox nümunələri biznesdə də tapmaq olar. Məhsul çeşidinin 20%-i adətən pul ifadəsində satışdan gəlirin 80%-ni verir, bunu 20% alıcı və ya müştəri haqda da demək olar. Bundan əlavə məhsul çeşidinin 20%-i və ya müştərilərin 20%-i adətən şirkətə gəlirin 80%-ni gətirir.

Bizim cəmiyyəti götürək. Cinayətkarların 20%-i cinayətlərin 80%-ni törədir, sürücülərin 20%-i yol-nəqliyyat hadisələrinin 80%-də günahkardır, nigaha daxil olanların 20%-i boşanmaların 80%-nə cavabdehdir (gah nigaha daxil olub gah da boşananlar statistikanı dəyişərək nigahların stabilliyi haqda bədbin rəy yaradırlar). Nəhayət uşaqların 20%-i öz ölkələrində onlara verilən təhsil imkanlarının 80%-dən istifadə edirlər.

Hətta evdə də: xalçalarımızın 20%-nə onların köhnəlməsinə səbəb ola biləcək amillərin 80%-i təsir edir. Bütün zamanın 80%-də siz malik olduğunuz geyimin 20%-ni geyinirsiniz. Avtomobilin qaçırılma əleyhinə siqnalının işə düşmə hallarının 80%-nə mümkün səbəblərin 20%-i uyğun gəlir.

Daxili yanma mühərriki də 80/20 Prinsipinin ədalətli olduğunu sübut edir. Yanacağın yanmasından əldə olunan enerjinin 80%-i itirilir, təkərlərə isə cəmi 20%-i ötürülür. Bu 20% yanacaq hərəkətin 100%-ni yerinə yetirir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin