Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları



Yüklə 409,21 Kb.
səhifə9/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   5   6   7   8   9   10   11   12   ...   137
İnsan resursları - anlayışı, günümüzdə müəssisənin – əmtəə və xidmət istehsalında qarşıya qoyulan məqsədə çatması üçün istifadə etmə məcburiyyətində olduğu resurslardan biri olan insanı əhatə edir. İnsan istehsal prosesinin həm ayrılmaz bir hissəsidir, həm də, eyni zamanda istehsalın hədəfidir. İnsan resursları termini təşkilat daxili və xaricdən potensial olaraq yararlana biləcək bütün işçi qüvvəsini, bir sözlə yuxarı pillədəki rəhbərdən aşağı mövqeni tutan işçilərədək hamını əhatə edir.

İnsan resursları – insanın müəssisənin sinergetik (sinergizm – bu, hər hansı bir eyni istiqamətdə bir neçə qüvvənin, amilin müştərək, qarşılıqlı və vəhdət halında fəaliyyətidir) səmərəsində iştirak etməyə imkan verən potensial resursları – fiziki, peşəkar, intellektual, mənəvi imkanlarıdır. İnsan resursları – bütünlükdə ölkənin, regionun, sahələrin işçi qüvvəsi və əmək resursları, müəssisələrin (firmaların, idarələrin, təşkilatların) kadr tərkibi və ya bütün heyətinin keyfiyyət, məzmun tərəfini xarakterizə edən termindir.


Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin