Mühazirə materialları Mövzu İnsan resurslarının idarə edilməsinin (human resources management hrm) əsasları


Əməyin səmərəliliyinin qiymətləndirilməsi meyarları



Yüklə 409,21 Kb.
səhifə95/137
tarix31.12.2021
ölçüsü409,21 Kb.
#113360
növüMühazirə
1   ...   91   92   93   94   95   96   97   98   ...   137
HRM 2021 yaz semestr

Əməyin səmərəliliyinin qiymətləndirilməsi meyarları. İşçilərin qiymətləndirilməsi üçün istifadə edilən göstəricilər qiymət meyarları adlandınlır. Onlara görülmüş işin keyfiyyəti də daxil olmaqla onun kəmiyyəti və nəticələrin əhəmiyyəti aid- dir.

Mütəxəssislərin əməyinin nəticəsi onlara tapşırılmış vəzifə borclarının yerinə yetirilməsinin həcmi, tamlığı, keyfiyyəti və onun vaxtlı-vaxtında icra edilməsindən çıxış edərək müəyyənləşdirilir. Rəhbərlərin və mütəxəssislərin əməyinin əsas nəticələrini səciyyələndirən göstəriciləri seçərkən aşağıda göstərilənləri nəzərə almaq lazımdır:

• Göstəricilər təşkilatın bütün fəaliyyətinin nəticəsinə birbaşa və həlledici təsir göstərir;

• Göstəricilər şəxsi heyətin məşğulluğunu təmin edirlər;

• Göstəricilər bütün nəticələrin hər halda 80%-ni təşkil edir;

• Göstəricilər təşkilatın və ya bölmənin məqsədlərinə nail olmasına gətirib çıxarır.

Meyarlar qiymətləndirilərkən bütün rəhbər və qulluqçuların əmək qabiliyyəti və onun səviyyəsi müəyyən edilir. Qiymətləndirmə ixtisas dərəcələrəinə (kateqoriyalara) uyğun olaraq aparılır. Qiymətləndirmənin nəticələri səriştənin ölçülməsi və tədris ehtiyacı ilə əlaqələndirilir. Aşağıdakı şəkildə göstərildiyi kimi əməyin səmərəliliyinin qiymətləndirilməsi və idarə edilməsi sistemi aylara uyğun olaraq ayrı-ayn proseslərə bölünmüşdür. Məsələn:yanvar-fevraI aylarında hədəflər müəyyən edilməli və ən gec mart-aprel arası insan resursları komissiyası yaradılmalıdır. Komissiya yaradıldıqdan sonra oktyabr ayına qədər mütəmadi nəzarət təşkil olunmalıdır. Nəzarət həm rəhbərlik, iş yoldaşları, müştərilər, xidmət etdikləri qurumlar tərəfindən həyata keçirilməlidir. Əməyin səmərəliliyinin qiymətləndirilməsi mərhələsi isə noyabr ayından başlayaraq ən son yanvar ayında yekunlaşdınimalıdır.

İzləmə və nəzarət. Bu mərhələ müəyyən olunmuş müddətlər üzrə müəssisənin həm daxili, həm də xarici müştəriləri tərəfindən həyata keçirilir. Daxili müştərilər dedikdə, ayrı-ayrı struktur vahidləri, onların işçiləri, departament, sex və şöbə müdirləri nəzərdə tutulur. Xarici müştərilər dedikdə isə müəssisə ilə birbaşa əlaqəsi olan ayrı-ayrı qurumlar, müəssisələr, sifarişçilər, müştərilər nəzərdə tutulur. Nəzarət prosesində müəyyən olunmuş müddətlər üzrə əməyin səmərəliliyinin, keyfiyyətinin səviyyəsi müəyyən edilir. Bu mərhələ əməyin səmərəliliyinin qiymətləndirilməsi üşün əsas mənbələrdəndir.



Kateqoriyalar üzrə ümumi qiymətləndirmə meyarları aşağıdakılar ola bilər:

Mühəndis-texniki işçilər və mütəxəssislər üzrə:

• Komandada işləyə bilmək;

Əlaqə qura bilmək;

• Məqsədinik;

• Təşəbbüskarlıq;

• Yeni biliklərə yiyələnə bilmək və öyrətmə.



Rəhbsrlik üzrə:

• İstiqamətləndirə bilmə;

• Təşkilatçılıq;

• Məqsədlilik;

• Yaradıcılıq və analitik düşünmə;

• Uyğunlaşa bilən və istiqamətləndirici və s.



Yüklə 409,21 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin