Mühazirə Məhlular. Məhlulların kolliqativ xassələri. Difuziya və Osmos



Yüklə 181,91 Kb.
səhifə12/12
tarix01.01.2022
ölçüsü181,91 Kb.
#106781
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   12
Həsənova XədicəİT-019 Kİmya

Sedimentasiya. Əgər dispers fazanın sıxlığı dispers mühitin sıxlığından böyük olarsa, onda dispers faza hissəciklərinin aşağıya doğru hərəkətini müşahidə edəcəyik. Bu hadisə sedimentasiya adlanır. Əgər məhlulun həcmində dispers faza hissəciklərinin paylanması bərabərdirsə onda sedimentasiya sürəti aşağıdakı düsturla hesablanır:

2r2(p p0)g



Vsed

9 


Burada r-hissəciklərin radiusu (əgər hissəciklər kürə-şəkillidirsə); p p0 dispers faza və dispers mühitin sıxlığı; ή- dispers mühitin özlülüyü; g- sərbəstdüşmə təcilidir.

Kolloid sistemlərdə sedimentasiya sürəti böyük olmur. Sedimentasiyanı sürətləndirmək üçün ultra sentrifuqadan istifadə olunur. Ultra sentrifuqalarda fırlanma sürəti çox böyük olduğundan mərkəzdənqaçma qüvvəsi yerin cazibə qüvvəsindən ~106 dəfə böyük olur, nəticədə sedimentasiya yüksək sürətlə baş verir.

Dispers faza hissəcikləri hündürlüyə görə bərabər paylanmış məhlulda sedimentasiya nəticəsində hissəciklər aşağıya doğru hərəkət edəcəkdir. Nəticədə hissəciklərin qatılığı yuxarıda az, aşağıda çox olacaqdır. Diffuziya nəticəsində hissəciklər aşağıdan yuxarıya doğru hərəkət edəcəklər. Elə bir an gəlib çatacaq ki, sedimentasiya sürəti diffuziya sürəti-nə bərabər olacaq. Bu hala sedimentasiya tarazlığı deyilir. Sedimentasiya tarazlığı halında hündürlük ədədi silsilə üzrə dəyişdikdə hissəciklərin sayı həndəsi silsilə üzrə dəyişir. Tarazlıq halı aşağıdakı düsturla müəyyənləşir:

c

RT ln 1 c2

h

Mg

C1- verilmiş hündürlükdə hissəciklərin qatılığı, C2- h hündürlükdə hissəciklərin qatılığı; M- hissəciyin nisbi kütləsidir.



Osmos təzyiqi. Həqiqi məhlullar kimi kolloid məhlula da kolliqativ xassələrə malikdirlər. Bu xassələrə misal olaraq doymuş buxar təzyiqinin məhlul üzərində azalmasını, məhlulun qaynama temperaturunun artmasını, donma temperaturunun azalmasını, osmos təzyiqini misal göstərmək olar. Eyni analitik qatılıqlı kolloid məhlullarda hissəciklərin vahid həcmdəki sayları həqiqi məhlula nisbətən az olduğundan kolloid məhlullarda uyğun kəmiyyətin qiyməti xeyli kiçik olur
Yüklə 181,91 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin