Mühazirə Məhlular. Məhlulların kolliqativ xassələri. Difuziya və Osmos



Yüklə 181,91 Kb.
səhifə4/12
tarix01.01.2022
ölçüsü181,91 Kb.
#106781
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   12
Həsənova XədicəİT-019 Kİmya

Məhlulların kolliqativ xassələri

Məhlulların bəzi xassələri məhlulda həll olan hissəciklərin ölçülərindən asılı olmayıb, məhlulların vahid həcmində olan hissəciklərin sayından asılıdır. Məhlulların bu xassələrinə kolliqativ xassələr deyilir. Kolliqativ xassələrə misal olaraq məhlul üzərində həlledicinin doymuş buxar təzyiqinin azalmasını, osmos təzyiqini, məhlulların donma temperaturlarının azalmasını, qaynama temperaturlarının artmasını göstərmək olar.

Osmos təzyiqinin mahiyyətini başa düşmək üçün osmos təzyiqini ölçmək üçün istifadə edilən osmometrin quruluşuna baxaq. 1 qabında təmiz həlledici, 2 qabında məhlul yerləşir. İlkin halda məhlulun və həlledicinin səviyyələri eynidir.

Bildiyimiz kimi, diffuziya maddələrin mühüm fiziki xassəsidir.

2 qabının aşağısı yarımkeçirici membranla örtülmüşdür.

Bu membran həlledici molekullarını keçirir, həll olan maddə molekullarını keçirmir. 1 qabında həlledicinin (suyun) qatılığı 2 qabındakına nisbətən böyük olduğundan vahid zamanda 1 qabından 2 qabına diffuz edən su molekullarının sayı 2 qabından 1 qabına diffuz edən su molekullarının sayından çox olacaqdır. Nəticədə 2 qabında mayenin hündürlüyü artacaqdır. Hidrostatik təzyiqin təsiri nəticəsində 2 qabından 1 qabına keçən su molekullarının sayı artacaqdır. Hidrostatik təzyiqin müəyyən qiymətində 1 qabından 2 qabına və 2 qabından 1 qabına vahid zamanda keçən su molekullarının sayı bərabər olacaqdır. Bu təzyiq müəyyən h hündürlüyündə (şəkildə verilib) yaranacaqdır. Hidrostatik təzyiqin bu qimətinə osmos təzyiqi deyilir. Vant-Hoff müəyyən etmişdir ki, duru məhlullar üçün osmos təzyiqi həll olan maddə qaz halında olub məhlulun həcmini tutarkən yaratdığı təzyiqə bərabərdir:



Yüklə 181,91 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin