Aktivləşmə enerjisi molekullarının reaksiyaya daxil olması üçün lazım olan əlavə enerjidir. Onun mahiyyətini başa düşmək üçün reaksiyada iştirak edən molekulların enerjisinin reaksiya yolundan asılılığına baxaq.
E1 və E2 başlanğıc maddə və məhsul molekullarının enerjiləridir. Ona görə də reaksiyanın istilik effekti
ΔH=E2-E1
olacaq. Şəkildən göründüyü kimi, molekulların reaksiyaya daxil olması üçün onlar k halının enerjisinə malik olmalıdırlar. Buna görə də düz reaksiyanın getməsi üçün molekullar E`1 və əks reaksiyanın getməsi üçün E`2 əlavə enerjisinə malik olmalıdırlar. E`1 və E`2 düz və əks reaksiyaların aktivləşmə enerjisi adlanır. Aktivləşmə enerjisi molekulların parçalanma enerjisindən kiçik olur, çünki molekulun reaksiyaya daxil olması üçün rabitələrin tam qırılmasına ehtiyac yoxdur. Rabitələrin zəifləməsi molekulun reaksiyaya daxil olması üçün kifayət edir. Aktivləşmə enerjisinin mövcudluğunu aşağıdakı faktlar təsdiq edir:
1. Molekulların bütün toqquşmaları kimyəvi reaksiya ilə nəticələnmir. Məs: