Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Tarixi prosesin izahında sosial dinamika təlimi də mühüm yer tutur



Yüklə 331,42 Kb.
səhifə28/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   49
Tarixi prosesin izahında sosial dinamika təlimi də mühüm yer tutur. Yuxarıda deyildiyi kimi bu anlayışı elmə ilk dəfə O.Kont gətirmişdir. Bu anlayışı o, ictimai inkişafın irəliyə doğru yönəlmiş pro­sesi kimi başa düşürdü. Hazırda isə sosial dınamika anlayışı fəlsəfi ədəbiyyatda birmənalı izah olunmur. Müasir Qərb fəlsəfi fikrində həmin anlayış ən çox P.Sorokinin təlimində nəzərdən keçirilir. Qeyd edilir ki, fiziologiya elmi insan orqanizmində təkrarlanan fizioloji prosesləri öyrəndiyi kimi, «sosial fiziologiya» və ya sosial dinamika da öz diqqətini bütün sosial qrupların həyatı tarixində təkrarlanan əsas sosial proseslər üzərində cəmləşdirir.

Beləliklə, əgər Kont sosial dinamika adı altında ictimai inkişaf­da xətti prosesləri başa düşürdüsə, P.Sorokin tsiklik prosesləri ifadə edir. Ümumiyyətlə götürdükdə sosial dinamika anlayışı ictimai inki­şafın çox mühüm tərəfini göstərir. Belə ki, o, tarixi reallıqda baş ve­rən çoxtərəfli dəyişikliklər içərisində əsas diqqəti onların istiqa­mətinə yönəldir. Qeyd olunmalıdır ki, sosial dinamikanm üç tipi (tsiklik, xətti və spiralvari) vardır.



Birinci tip, tsiklik (dairəvi) dəyişikliklər ictimai həyatda geniş yer tutur. Onlar öz xarakterinə görə zəruri, uzun müddətli və əsas inkişaf xəttinə uyğun halları ifadə edirdi. Tsiklik dəyişikliklərin özü iki növə ayrılır: a) sistemli- funksional tsikl və tarixi tsikl; sistemli-funksional növlü tsikllər ictimai həyatda eyni bir keyfiyyət çərçivəsində baş verən sosial dəyişiklikləri əhatə edir. Bu halda dəyişikliklərin son nəticəsi analoji dəyişikliklərin yeni seriyasının çıxış nöqtəsi rolunu oynayır. Cəmiyyətin sosial-funksional tsikllər formasında inkişafı onun vəziyyətinin stabilliyini ifadə edir. Bunlara misal olaraq sosial birlik formalarının (siniflər, təbəqələr, etniki birliklər) təkrar isteh­salını, onların həyat fəaliyyətinin sabit formalarının təkrar istehsalını: cəmıyyətdəki ictimai, siyasi və digər institutların təkrar istehsalını göstərmək olar. Bu yol ilə cəmiyyət öz- özünü tənzim edir. Təkrarlanan tsikl cəmiyyətin mövcudluğu və qorunub saxlanılmasının mü­hüm üsulu rolunu oynayır. Bu üsul xarici aləm ilə qapalı müna­sibətlərdə olan ölkələrin tarixində (məsələn Çində) xüsusilə mühüm yer tutur. Məlumdur ki, burada feodal münasibətləri iki min il ərzində davam etmişdir. Bu vəziyyətin təmin olunmasında tsiklik dəyişikliklər az rol oynamamışdır.

Tsiklik dəyişikliklərin ikinci növü - tarixi tsikllər də cəmiyyətin inkişafında əhəmiyyətli yer tutur. Tarixi tsikl dedikdə müəyyən sosial sistemin mənşəyi, inkişafı, çiçəklənməsi və tənəzzül edərək dağı­lması proseslərinin vəhdəti başa düşülür. O, belə bir real faktı ifadə edir ki, bütün digər maddi obyektlər kimi, hər hansı konkret cəmiyyət də müvəqqəti ömür yaşayır. Öz dövrünü başa vurduqdan sonra o, məhv olur. Əlbəttə bu prosesi fəlsəfi mənada anlamaq doğru olmazdı. Belə ki, hər bir cəmiyyət sıradan çıxanda, onun müəyyən tərəfləri yeni yaranan cəmiyyətdə saxlanılır.

Son dövrlərdə fəlsəfi ədəbiyyatda planetar sistem kimi gö­türülən Yer kürəsinin təkamülündə meqatsiklin (böyük miqyaslı tsiklin) mümkünlüyünə dair fikirlər söylənilir. Digər tərəfdən, müasir dövrdə qlobal miqyaslı ziddiyyətlər o qədər kəskinləşir ki, hətta vaxtilə Ş.Furyenin irəli sürdüyü fikrin (cəmiyyətin yüksələn xətt üzrə inkişafı deyil, geriyə getməsi) həyata keçməsi də istisna olunmur.

Tarixi prosesdə sosial dinamikanın ikinci tipi- xətti tipi də çox böyüx yer tutur. Həm də göstərilməlidir xi, xətti dəyişikliklərin məz­munu təkcə tərəqqi istiqaməti ilə məhdudlaşmır. Onlar həm də tənəzzül yolu ilə (xətti istiqamətdə cəmiyyətin geriyə getmə) baş verə bilər. Xətti istiqamətdə tərəqqi və tənəzzül dəyişiklikləri əksliklərin vəhdəti kimi çıxış edir. Onlar bir- birini tamamlayırlar, lakin hər bir konkret dövrdə onlardan biri üstün yer tutur.




Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin