Mühazirə mətni plan sosial sfera və sosial struktur anlayışları


Dünya tarixinin vəhdəti və rəngarəngliyi



Yüklə 331,42 Kb.
səhifə33/49
tarix02.02.2022
ölçüsü331,42 Kb.
#114148
növüMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   49
Dünya tarixinin vəhdəti və rəngarəngliyi

Fəlsəfə tarixi prosesi təşkil edən son dərəcə müxtəlif hadi­sələri ümumiləşdiımək, onlardan mühümü qeyri- mühümdən ayırmäq üçün metodoloji silah rolunu oynayır. Bu cür yanaşma hadi­sələrin xronoloji, empirik təsvirindən fərqli olaraq tarixi prosesin ümumi qanunauyğun xarakterini açmaq imkanı verir. Fəlsəfi fikirdə bu baxış XV-XVII əsrlərdə foımalaşmışdır. Onun əsasında böyük coğrafi kəşflər, dəniz səyahəti və ticarətin inkişafı, bütövlükdə ka­pitalizmin təşəkkülü prosesi durur. Məhz kapitalizm quruluşunun yaranması sayəsində ölkələr və xalqlar arasında təsərrüfat və mədəni əlaqələr genişlənməyə başladı. Bu dövrdən etibarən aydın oldu ki, müxtəlif ölkələrin və xalqların mədəniyyətində, həyat tər­zində, dini etiqadlarında, sosial quruluşunda, iqtisadiyyatında nə isə bir vəhdət, ümumilik mövcuddur. Deyilənlərdən aydın olur ki, bə­şəriyyət tarixinin vəhdəti, onun vahid mütərəqqi istiqamətdə inkişaf etməsi ideyası ictimai inkişafın müəyyən yetkinlik mərhələsinə çatdığı dövrün, yəni praktiki surətdə ümumdünya tarixinin yarandığı dövrün məhsuludur.

Tarixin dialektik anlaşılması onun vəhdəti ideyasını ardıcıl su­rətdə yeridir, onu elmi və nəzəri cəhətdən düzgün izah edir. Taıixi prosesin vəhdəti insanın ictimai mahiyyətinə, onun əməyinin ictimai əlaqə və münasibətlər şəraitində, digər insanlarla ünsiyyətdə baş verməsinə, insanların fiziki quruluşu və şüurunun formalaşmasının vahid proses olmasına əsaslanır. Buradan aydındır ki, tarixin vəh­dəti real həyatın özündə mövcuddur; onu kimsə uydurmamışdır. Belə ki, bütün ölkələr və xalqlar, insan birlikləri hansı dövrdə ya­şamasından asılı olmayaraq əmək fəaliyyəti, maddi nemətlər istehsalı ilə məşğul olur. Onlar şüurlu varlıq kimi fəaliyyət göstərirlər, bir-biri ilə dil vasitəsilə ünsiyyətdə olurlar. Tarixin vəhdəti bütün dövrlərdə onun inkişafının ümumi qanunauy­ğun xarakteri ilə şərtlənir. Bu vəhdətin ifadə olunması formalarına gəldikdə isə göstərilməlidir ki, tarixi prosesin gedişində onlar daim dəyişilir. Bu dəyişmə tarixin vəhdətinin getdikcə artması istiqa­mətində gedir. Belə ki, bəşər cəmiyyəti inkişaf etdikcə (xüsusilə də kapitalizm meydana gəldiyi dövrdən etibarən) ölkələr və xalqlar ara­sında çoxtərəfli iqtisadi və mədəni əlaqələr genişlənir, yeni-yeni ölkələr və xalqlar kapitalist iqtisadiyyatı mexanizminə, dünya bazarı dövriyyəsinə cəlb olunurlar. Texnikanın, nəqliyyatın və rabitənin inkişafında əldə edilən böyük nailiyyətlər sayəsində dövlətlər və xalq­ların qarşılıqlı əlaqələri daha da möhkəmlənir. Bütün bunlar sübut edir ki, cəmiyyət həyatında inteqrativ proseslər, ictimai həyatın beynəlmiləlləşməsi prosesi özünü göstərir. Cəmiyyət inkişaf etdikcə milli hədlərin dağılması, ümumdünya üzrə əlaqələrin möhkəmlənməsi, ictimai həyatın beynəlmiləşməsi meyli artır.

Əlbəttə, müasir dövrdə bu proses son dərəcə ziddiyyətli şəkildə tə­zahür edir. Lakin buna baxmayaraq o, müasir dünya tarixinin art­maqda olan vəhdətinin ifadə forması kinıi özünü getdikcə daha ay­dın göstərir. Hazırda dünya ölkələrinin qarşılıqlı təsiri və asılılığı möhkəmlənir. Bir çox cəhətdən vahid, bütöv dünya formalaşır. Döv­lətlərin qarşılıqlı asılılığının artması gedişində tarixi prosesin vəh­dətinin ifadə formaları daha da təkmilləşir. Nəticədə tarixin bəşəriy­yətin inkişafının vahid prosesi olması faktı daha aydın görünməkdədir.

Tarixi prosesin dialektik izahı onun ümumiliyi, vəhdəti ilə ya­naşı konkret təfərrüatı, rəngarəngliyi və özünəməxsusluqlarının da öyrənilməsini şərtləndirir. Fəlsəfə təkcə müxtəlif dövrlər arasındakı ümumi cəhətləri deyil, həm də onların hər birinə xas olan spesifikliyi nəzərdə tutur.


Yüklə 331,42 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin