Mühazirə mətnləri 15 mövzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının


Qida bloklarının və hazır xörəklərin iyersiniyalarla kontaminasiyanın qarşısını almaq üçün tədbirlər



Yüklə 1,53 Mb.
səhifə6/17
tarix04.06.2018
ölçüsü1,53 Mb.
#52681
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   17

2. Qida bloklarının və hazır xörəklərin iyersiniyalarla kontaminasiyanın qarşısını almaq üçün tədbirlər.

Yay fəsillərində təşkil olunan qida bloklarının ümumi vəziyyətini sanitarnəzarəti eçen tədbirlər keçirilir. İnvertarın və ərzağın emalı, seçimi, saxlanması və istifadə qaydaları, həmçinində kulinar emalı və daşınması müəyyə normalara uyğun olmalıdır.

Xüsusi nəzarət bunlara olunmalıdır:

-Tərəvəzlərin seçimi üçün nəzərdə tutulanavadanlıqların və yerin sanitar vəziyyətinə nəzarət.

-Gün aşırı yuyucu vasitələrlə yuyulmaısnı təmin etmək.

-Hazır qida üçün istifadə edilən qablarının emal qaydalarına nəzarət.

-Salatların hazırlanmasında istifadə olunması tərəvəzlərin təmizliyinə və emalına istifadə olunması tərəvəzlərin təmizliyinə və emalına nəzarət.

-Təmizlənmiş tərəvəzlərin yuyulması təmizlənməsi və saxlanmasına nəzarət. Təmizlənmiş tərəvəzlər soyuq suda, soyuducuda saxlanması qadağandır.

-Sitrus meyvələrin yuyulması nəzarət olmalı.

-Hazır xörəklərin saxlanma müddətinə nəzarət.

-Anbarlarda qida bloklarının sanitarvəziyyətinə nəzarət:təmizlənmə və dezinfeksiya 1%-lik xloramin məhlulu ilə aparılır.

Mütlıq gəmiricilərə qarşı dezinfeksiya işləri aparılmalıdır.

Bütün işçilər iyerseniyalar haqda məlumatlı olmalıdırlar.

3. Ət və süd məmulatlarında, quşlarda və yumurtalarda iyerseniyalarla kontaminasiyaya qarşı tədbirlər

-Qida məhsulların yığımı qaydalarına nəzarət.

-Konveyerin, invertarın, avadanlıqların keyfiyyətinə nəzarət.

-İş vaxt sexlərindəistifadə olunan və əhaliyə çatdırılan taraların təmizliyə nəzarət. Yumurtalar üçün birdəfəlik istifadə olunan taralar.

-İşdə tələb olunan texnoloji tələblərin və sanitar gigiyenik qaydaların yerinə yetirilməsi.

Hazır məhsulda (yumurta, quşların içalatı, pasterizə edilmiş süd, ət məhsulları) iyersenilərlə yoluxması üçün bakterioloji nəzarət olunmalıdır.

Bruselyoz-heyvanda və insanda olan uzun müddətli xroniki xəstəlik; Brusella adı altında olan patogen mikroorqanizmlər tərəfindən yüksək temperaturda dözümlü deyillər. 600 temperaturda maye mühitdə 30 dəqiqədən sonra məhv olurlar, 80-850C isə 5 dəq. Sonra məhv olurlar; qaynadıqda isə həmin an məhv olurlar. Torpaqda 100 gün qala bilirlər, suda isə 114 gün. Qida məhsullarında uzun müddətli qalırlar.ən əsas aşağı temperaturda davamlı qala bilirlər. Bruselyozla yoluxma yolları müxtəlifdir. Əsas da kontakt şəkildə (xəstə heyvanlar kontakt olduqda və heyvan mənşəli xammal və ərzaqlar qəbul etdikdə). Qida məhsulları epidemiolojik əhəmiyyəti onun saxlanmasının müddətindən asılıdır. Süddə brusellər10 gün qalır, pendirdə 45 gün, iç orqanlarında- bir aydan çox.

Təsərüfatda süd və süd məhsullarının istifadəsində qaydalara riayət etmək lazımdır.

1).Bruseleozla yoluxmuş südü uğursuz fermalardan çıxarıb əhaliyə satmaq qadağandır. Belə südlər ilkin emala məruz qalmalıdır.

2).Xəstə inəklərdən alınmış süd qaynayıb ərinmiş yağ şəklində düşməlidir. Yağın düzəldilməsi zamanı sanitar tələblərinə uyğun cavab verən səraitlər olmalıdır.

3). Həmçinin də bruselyozla müsbət reaksiya verən inəklərəd südlər də əhaliyə çatdırılır.

4). Qaynanmış südü qida məqsədləri üçün istifadə etmək icazə verilir, lakin bu südləri müalivəvi profilaktik və uşaq və məktəb müəssisələrinə göndərmək qadağındır.

5).Bruselyozla yoluxmuş heyvanalrın südünü 700də və yaxud 85-90 dərəcədə 30 dəqiqə ərzindədezinfeksiya edilir.

6).Həmçinində tuberkulyozla yoluxmuş heyvanların südünü də temperatur rejimində emalemal etmək lazımdır.

7).Heyvanların qidalarında istifadə edilən süd və üzsüz südlərdə 85-900 temperaturda 20 saniyə qaynadılaraq zərərsizləşdirilir.

8).Zərərli heyvanlardan alınmış südü körpə heyvanların qidasında istifadə etmək qadağandır.

9).Süd təsərrüfatlara buraxılmasıqadağandır.

10).Yağ düzəldikdə alınan üzsüz süd cə ayranı ancaqfermadan heyvanlara vermək olar, başqa təsərrüfatlara aparmaq qəti qadağandır.

11).Brüselyozla yoluxmuş qoyun və keçiləri sağıb və onların südündən pendir hazırlamaq qadağan olunub.

MÖVZU 7: Qida məhsullarının toksikoloji təhlükəsizliyi

PLAN:

Giriş


Ağır metalları və, duzlarının toksik təsir mexanizmi və xarakterizəsi

Müxtəlif qida xammalında və qida məhsullarında olan toksik elementlərin

norma səviyyəsi

Kənd təsərrüfatı heyvanlarına verilən yemlərdə olan ağır metalların və

mərgümüşün kimyəvi elementləri

ƏDƏBİYYAT



  1. Fətəliyev H.K., Mikayılov V.Ş., Cəfərov F.N. Təklükəsiz qida məhsulları istehsalı dövrün tələbidir. Respublika qəzeti, №263 (3691), 04 dekabr 2009, səh.6.

  2. Mövsümov E.E., Yusifov N.M. Qida kimyası. Bakı, MBM, MMC, 276 səh.

  3. Рогов И.А., Антипова Л.В., Дунченко Н.И., Жеребцов Н.А. Химия пищи.- М.: Колос, 2000. 384 с.

  4. ПозняковскиЙ В.М. Гигиенические основы питания, безопасность и экспертизы продовольственных товаров. Новосибирск: Изд-во Новосибирского университета, 1999. 447 с.

  5. Донченко Л.В., Надыкта В Д. Безопасность пищевого сырья и продуктов питания. М,: Пищепромиздат, 1999. 360 с.

  6. Дудкин М.С., Щелкунов Л.Ф.. Новые продукты питания. М.: Наука, 1998. 300 с.

  7. Суханов Б.П., Австриевских А.Н., Позняковский В.М. Биологически активные добавки в питании человека. Томск, 1999. 290 с.

  8. Келигов М.Б. Обеспечение продовольственной безопасности страны по основным видам пищевой продукции. М.: АгриНресс ЛТ£), 1998.

  9. Рисман М. Биологически активные пищевые добавки: неизвестное об известном. М.: Арт-Бизнес-Центр, 1998. 490 с.

  10. Спиричев В.Б. Сколько витаминов человеку надо. М: 2000, 185с.

Qida məhsullarının toksikoloji təhlükəsizliyi

Giriş

Qidalanma əhalinin sağlamlığını təmin edən əsas amillərdən biridir. Düzgün qidalanma insanların normal inkişafını, sağlamlığının təmin olunmasını və insanın ətraf mühitə alışmasına şərait yaradır. Qidalanmada ən əsas amil qida məhsulları istehsalında sağlam qidalanma konsepsiyasına müvafiq olaraq ölkəmizdə son illər yüksək keyfiyyətli qida məhsulları istehsalına xüsusi diqqət verilməklə istehsal olunan məhsulların keyfiyyəti bütün ölkələrdə olduğu kimi dövlət standartlaşma sisteminə daxil edilən standartlara uyğun nizamlanır. Bu standartlar qanun daxilində xammal, materiallara, yarımfabrikatlara və hazır məhsullara göstərilən vahid texniki tələbləri müəyyənləşdirir. Müasir dövrdə istehsal edilən qida məhsullarının ekoloji təhlükəsizliyiğ də mühüm əhəmiyyət kəsb edir. Müasir dünya okeanı çoxsaylı axarla mövcud olmaqla müxtəlif yüksək toksiki kimyəvi maddələr və neft məhsullarla zəngin olub, fitoplanktonları məhv etməklə planetimizdə oksigenin miqdarının azalmasına gətirib çıxarır. Bu isə öz növbəsində flora və faunanın, meşələrin, çayların, yaşıl örtüyün çirklənməsinə və ekoloji vəziyyətin pisləşməsinə səbəb olur. Atmosferin sənaye tullantıları ilə çirklənməsi turşulu yağışların yağmasına, kənd təsərrüfatı kulturalarının məhsuldarlığının aşağı düşməsinə səbəb olmaqla ərzaq xammalının mineral gübrələrin istifadə edilməsi hesabına yüksək toksiki suda həll olan metal üzvi birləşmələri, o cümlədən ağır metallar bütövlükdə bir çox hallarda bitkilərin məhv olmasına gətirib çıxarır. Kənd təsərrüfatı istehsalında hər yerdə uzun müddət ərzində pestisidlərin və mineral gübrələrin, xüsusilə tərkibində azotlu maddələrin olması litosferanı, hidrosfera və atmosferi ərzaq xammalını və qida məhsullarını isə ksenobiotiklərlə, superekototoksikantlarla çirkləndirir. Su kəmərindəki su qida məhsullarının böyük bir hissəsinin başlıca inqrediyenti olması məhsullarda yad cins kimyəvi maddələrlə zənginləşməsinə gətirib çıxarır. Çirklənmiş qida məhsullarının istifadə edilməsi nəticəsində insan orqanizminin bioloji immun müdafiəsi zəifləməklə insanın sağlamlığına mənfi təsir göstərir. İnsan qidalanmasında məhsulların təhlükəsizliyi ekoloji amillərlə çox bağlıdır. Hal-hazırda müasir dövrdə ekoloji problemin həllində qida məhsullarının keyfiyyəti çox mühüm rol oynayır. Məhsullarda toksiki qida qatqıları insan orqanizmində sağlamlığa təhlükə törədirdi. Təbii ki, bu problem dünya miqyasında ənənəvi qida məhsulları ilə yanaşı, yeni qida məhsulları üçün elmi-tədqiqat işlərinin aparılmasını tələb edirdi. Ekoloji problemlərin həllində “antropoekologiya” normativini müəyyənləşdirmək vacib olub, mənaca (yunanca logos – söz, öyrənmə; insan ekologiyası) əsasını təşkil edəni ətraf mühitin keyfiyyəti sayılır ki, insanın ekoloji, sosial və iqtisadi amillərə uyğunluğunu müəyyənləşdirir. Ətraf mühitin keyfiyyəti barədə obyektiv mülahizə sürmək üçün onun təyini texniki ölçmələr, ekspert qiymətləndirilmə və nəzəri hesabatlar aparılmaqla alınmış nəticələr etalon və normativlərlə müqayisə olunur. Məlumdur ki, ətraf mühitin keyfiyyətinin normalaşdırılması təkcə müvafiq normativlərin tərtibini nəzərdə tutmur və eyni zamanda onların həyata keçirilməsini də nəzərdə tutur. Ətraf mühitin monitorinqi mövcud normativlərə müvafiq olaraq mühitin fiziki, kimyəvi və bioloji parametrlərinə nəzarət etməklə insanların və digər canlı orqanizmlərin sağlamlığına təhlükə yarada və zərər yarada biləcək şərait barədə xəbərdarlıq etməklə onun qarşısını almaqdır. Monitorinq ayrı-ayrı obyektlər, proseslər və ətraf mühitin təzahürləri üzrə aparılır. Ətraf mühitin monitorinqinin aparılmasına ehtiyac artmaqda davam edir, belə ki, hər il dünyada 30 minə qədər yeni kimyəvi maddələr istehsal olunur. Aydındır ki, hər bir mövcud kimyəvi maddə və yenidən hazırlanmış kimyəvi maddələrə monitorinq aparmaq praktiki olaraq qeyri-mümkündür, bu baxımdan da nəzarət ancaq zərərli maddə- lərin miqdarının azalması üzrə həyata keçirilir (Avropa Komissiyasının məlumatına görə AŞ – 10%-ə qədər), bu göstərici kifayət qədər ətraf mühitin vəziyyətini əks etdirməklə real şəkildə sənayenin inteqral neqativ təsirini aşağı salmış olur. İnsanın həyat fəaliyyətinin mühüm tərəfi qidalanma olub, həyat və sağlamlıq prosesini təmin edir. Qidalanma insan orqanizminin əsas fizioloji tələbatlarını ödənilməsi, onun formalaşmasını, funksiya etməsini və ətraf mühitin əlverişsiz təsirinə davamlılığını təmin etməkdir. Kifayət qədər kəmiyyət nisbətində, keyfiyyət nisbətində tam qiymətli və ekoloji – gigiyenik təhlükəsiz nisbətdə qidalanma səmərəli və ya balanslaşdırılmış kimi xarakterizə olunur. Mövcud və praktiki cəhətdən həyat fəaliyyəti zamanı ekoloji əlverişsiz şəraitdə qida xammalı və məhsulları insan orqanizmi üçün yad cins müxtəlif maddələrlə çirklənməsi insan orqanizmi üçün böyük təhlükə yaradır. Insan orqanizmini qida ilə birlikdə daha ola biləcək toksiki maddələrdən qorumaq üçün qida maddələrinin tərkibində bioloji təbiətli çirkləndiricilər və digər kimyəvi maddələrin miqdarını göstərən kompleks normativlər hazırlanmaqla təkmilləşdirilməkdədir. Bu normativlər həm də çirkləndirici maddələrin miqdarını reqlament halında göstərməklə insanların sağlamlığını qorumağa və gələcək nəslin sağlamlığının keşiyində dura biləcək elmi-əsaslandırılmış normativləri yaratmağa imkan yaradacaqdır. Hal-hazırda bir sıra ölkələrdə qida məhsullarının tərkibində pestisidlərin, qida qatqıların, yüksək toksiki inqrediyentli polimer və qablaşdırıcı materiallar, eləcə də ağır metalların yol verilə biləcək miqdarını təyini üzrə elmi-metodiki yanaşmalar tərtib edilməklə istifadə edilməkdədir. Birləşmiş Millətlər Təşkilatı nəzdindəki Ərzaq və Kənd təsərrüfatı təşkilatı (FAO) və Dünya Səhiyyə Təşkilatı (DST) BMT-nin ətraf mühit proqramı əsasında qida məhsullarının təhlükəsizliyini təmin etmək məqsədi ilə aşağıdakı toksiki çirkləndirici maddələrin mövcudluğu üzrə mütləq nəzarətin aparılması tövsiyə olunmuşdur: - bioloji təbiətli çirkləndiricilər – bakteriyalar və bakterial toksinlər, viruslar, mikotoksinlər: aflatoksinlər, sitrininlər, fuzariotoksin, patulin; - kimyəvi çirkləndiricilər – metallar: antimon, arsen, kadmium, xrom, kobalt, qurğusun, civə, nikel, mis və onların duzları; pestisidlər; ditikarbamatlar, metilbromidlər, üzvi xlor və üzvi fosfor birləşmələri: asbestlər, ftoridlər, nitratlar, nitritlər, dioksinlər və dioksinə bənzər birləşmələr, poliaromatik karbohidrogenlər, vinilxlorid, antibiotiklər, hormonal preparatlar; - radioizotoplar – sezium – 137, stronsium – 90, yod – 131. Göründüyü kimi, ərzaq xammalının və qida məhsullarının keyfiyyətinə və təhlükəsizliyinə nəzarət çox vacib bir problem olmaqla insanın səmərəli qidalanması üçün ətraf mühitin əlverişsiz amillərinin insan orqanizminin immun sisteminə təsirinin öyrənilməsi olduqca vacibdir.

Azərbaycanın qida sənayesinin müəssisələrində istehsal olunan məhsulların keyfiyyətinin idarə edilməsi və təhlükəsizliyinin qorunması və ekoloji təmiz məhsulların istehsalı olduqca aktual əhəmiyyət kəsb etməklə bu məhsulların XASSP (NASSR) normalarının tələblərinə cavab verməsi olduqca vacibdir.

Bütün növ ərzaq xammalında və qida məhsullarında toksiki elementlər normalaşdırılır: qurğuşun, kadmium, mərgümüş, civə. Əlavə olaraq tənəkə və xrom taralarda qablaşdırılan bütün konserv məmulatlarında, o cümlədən ət, quş içalatı, süd, balıq, müyvə, giləmeyvə, tərəvəz,gəbələk, konsentrat, cem, povidlo, mürəbbə, konfityur, şəkər tozu ilə qarışdırılmış, şəkərli meyvə-tərəvəz konsentratları konservlərində, içkilərdə, nektar, şirələrdə, qurğuşun və xromun miqdarı normaya salınır. Bütün yağların emalı zamanı bu elementlərlə birgə nikeldə normaya salınır.

Bütün ərzaq xammalı və qida məhsullarında qlobal “pestisidlər” heksaxlorsikloheksan, DDT və onun metabolitləri, balıq və onun emal məhsullarında əlavə olaraq 2,4-D-turşusu, onun duzları və efiri mis və dəmir normaya salınır, qatılaşdırıcılrdaisə mis və sink normallaşdırılır.

Bütün növ qida xammalında və qida məhsullarında qlobal pestisidlər və balıq məmulatlarında emal zamanı əlavə olaraq 2,4 D-turşusu və onun duzları və efirin miqdarı normallaşdırılır; buğda da və onun məhsullarının emalında isə - qeksaxlorsiklaqesan və onun metabolitəri olan qeksaxlorbenzol və civə pestisidlər, 2,4 D-turşusu onun duzları və efirləri.

Balıq və balıq məmulatlarında xlorlaşdırıcı bifenollar normallaşdırılır, buğdada və hisə verilmiş ət və balıq məmulatlarında benzopirenin miqdarı normallaşdırılır.

Ayrı-ayrı qidalarda azot tərkibli birləşmələr normallaşdırılır: balıqlarda-histamin; meyvə tərəvəz məhsullarında-nitratlar; balıq və ət məhsullarının emalında N-nitrozaminlər. Qida məhsullarının radiasiya təhlükəsizliyi radionuklidlərin dərəcəsi ilə ölçülür. Heyvan mənşəli qidalarda baytarlıq preparatlarının tərkibi reqlamentləşdirilir; heyvanların inkişafı üçün istifadə edilən hormonlar, dərmanlar və antibiotiklər. Heyvandarlıqda heyvan və quşların yemlənməsi, xəstəliklərin profilaktikası və müalicəsi məqsədi ilə bu preparatlardan istifadə edilir. Baytarlıq dərmanlarının üzərindəki informasiya məlumatına əsasən onlara nəzarət olunur.

Bitki mənşəli məhsullarda yuxarıda göstəriləndən başqa nikotoksinlər (aflatoksin B1, vomitoksin, rearolekan, dezoksinivalenol, 2 toksin, batulin), nitratlar, nitrozoaminlər, benziperin, zərərli bitki qarışıqları, yolxucular, fuzarioz buğdalar, çirkləndiricilər, çörək məmulatlarına ziyan vericilər.

Qeyd etmək lazımdır ki, bəzi bitki qida məhsullarında olan təbiətin zərərli komponentləri müəyyən şəraitdə insan sağlamlığına ziyan vurur. Acı badam, əriyin çəyirdəyinin içi, şaftalının, albalının çəyirdəyində toksik komponentlərdən sianogen qlükozid vardır. Yaşıliaşmış kartofda üzvi maddə-salanının toplanması baş verir ki, bu datoksiki xüsusiuuətə malikdir

Ağır metalları və, duzlarının toksik təsir mexanizmi və xarakterizəsi

Qurğuşun (Pb). Qurğuşun esensial mikroelementlərə aid olmayan qarışıq toksiki elementdir. Biosferdə təbii qurğuşunun mənbəyi 0,8-dən 2000 mkq/kq olur. Qurğuşunun orta səviyyəsi torpaq səthində-1,6 mq/kq-dır. Qurğuşunla xroniki zəhərlənmə asta-asta gedir. Toksik təsir mexanizmi əsasən SH qrupu zülallarının funksiyalarının bloklanmasına əsaslanır ki, həyati vacib olan fermentlərə inqibir təsir edir. Qurğuşun əsasən qan yaradan, əsəb, mədə bağırsaq sisteminə və böyrəklərə təsir edir.

O sümük iliyində qemi sintez edənbir sıra fermentlərin fəaliyyətinə mane olur, nəticədə anemiya yaranır. Bu əsasən hələ qədimdən qurğuşunla xroniki zəhərlənmənin siptomlarındandır. İntoksikasiyanın ilkin mərhələlərində cavan eritrositlərin payı çoxalır sonra hemoqlobinin miqdarl azalı. Sidikdə porofinin səviyyəsi artır və təkrar anomaliyalara gətirib çıxarır və bu qemin sintezi sisteminin zədələnməsi ilə əlaqədar olur. Qurğuşunun təsirinə əsasən mərkəzi və periferik əsəb sisteminin neyronları həssasdır. Mədə bağırsaqda epitel hüceyrələrin dəyişgənliyi, mədə bağırsaqda qurğuşun zəhərlənmə sindromu yaradır. Gündəlik 2,0 mq qurğuşunun daxil olması bir neçə aydan sonra, 10,0 mq qurğuşunun daxil olması bir neçə həftəyə zəhərlənməyə gətirib çıxarır.

Qurğuşunun mutaqen təsiri eksperiment heyvanların üzərində və onlarla kontaktda olan insanları müayinə etməklə birmənalə müəyyən edilmişdir.

Sənaye müəssisələrinin tullantıları, daxili yanma mühərrikli avtomobillərdə istifadə edilən müxtəlif növ yanacaqlar yandırıldıqda çıxan tullantılar qurğuşunun əsas mənbələrindəndir. Atmosferə daxil olan qurğuşunun bir hissəsi çöküntü verir, qalan hissəsi isə hava axını ilə uzaq məsafələrdə gedir və orda yavaş-yavaş çökür.

Bir çox hissəsi nohurlara daxil olur və orada çökür. Kənd təsərrüfatı məhsullarına qurğuşun qrunt suları ilə suvarılan torpaqdan daxil olur, heyvandarlıq məhsullarına isə- yemlərdən və içməli sudan daxil olur.

Müxtəlif ölkələrdə aparılan tədqiqatlarla müəyyən olunmuşdur ki, qurğuşun və kadmiumun konsentrasiyası avtomagistral zonalarında çoxdır. Torpağın şumlanan təbəqəsində magistrala yaxın olan torpaqda qurğuşunun səviyyəsi 100-1000 mq/kq-a çatır. Qurğuşunun yığılmasına təsir edən faktorlardan əsasları yoldan olan məsafə, yolun yüklənmə dərəcəsi, küləyin istiqaməti, yerin relyefi, bitkilərin növü və sairədir.

Yeraltı sularda qurğuşunun konsentrasiyası çox olmur və 0,1-20 mqk/l olur; okean sularında və çirklənməmiş açıq nohurlarda isə 0,3-5mqk/l olur. Qidanın qurğuşunla kontaminasiyası saxlanılan qabın materialından da asılı ola bilər;


  1. Qurğuşunla qlazurlanmış cilalı keramik qab;

  2. Konserv qapaqlarında istifadə edilən qurğuşunlu qapaq;

  3. Yemək bişirilən tənəkə, qazanların üzərinə konserv tənəkəsi istifadə edildikdə;

  4. Aparaturanın, qabların, taraların üzərinə çəkilən emal və rənglər.

Onların müxtəlif regionlarında bitki mənşəli qida məhsullarında olan faktiki miqdarı orta hesabla 0,2 mq/kq-dır. Su orqanizmlərində tərkibindəki qurğuşunun müəyyən dərəcəsi onun suda olan miqdarından asılır. Ən böyük maraq insan orqanizminə gündəlik daxil olan qurğuşunun miqdarına yönəlib. Orta hesabla qida ilə bərabər bu zəhərli maddə qida maddələri vasitəsilə 0,2-0,3 mq daxil olur, su ilə isə 0,02 mq daxil olur. Qidadakı qurğuşun yaşlı insan orqanizmi- 10%, uşaq orqanizmi isə 30-40% mənimsəyir. Bağırsağa sorulan qurğuşunun miqdarına rasion da təsir edir. Rasionda kalsiumun, dəmirin, pektinlərin və zülalın miqdarının az olması və vitamin D-nin artıq daxil olması qurğuşunun orqanizm tərəfindən mənimsənilməsinin artmasına gətirib çıxarır. Orqanizmdə olan qurğuşunun 90% nəcislə və sidiklə, həmçinin ana südü ilə ifraz olunur. Yumşaq toxumalarda olan qurğuşunun bioloji çıxma müddəti 20 günə yaxın, sümüklərdən isə 20 ildir.

İnsan orqanizminə qurğuşunun qida rasionu ilə daxil olma profilaktikası üçün yuxarıda göstərilən qida maddələri və içməli suyun çirklənmə yollarını nəzərə almaq lazımdır. İstehsalatda ancaq yaxşı cilalı tərkibi 12% olan qurğuşun tərkibli keramik qab istifadə etmək lazımdır. Qazanlarda istifadə edilən qurğuşunla qalayın qarışığı ancaq 1% olmalıdır. Qalay üzlü konserv dəmirlərində qurğuşunun konsentrasiyası 0,04%-dan çox olmamalıdır.

Mərgümüş (AS). Təbiətdə mərgümüş əsasən element vəziyyətində rast gəlinir, böyük miqdarda arsenitlər arsenosulfidlər və üzvü birləşmələr şəklində olur. Dəniz suyunda mərgümüşün miqdarı 5 mqk/l-ə yaxındır, torpaq qabığında isə 2 mqk/kq. Mərgümüşün zəhərli olması onun kimyəvi quruluşundan asılıdır. Element mərgümüşü onun birləşmələrinə nisbətən daha az zəhərlidir. Arsenitlər (üç valentli mərgümüşün duzları) arsenatlardən zəhərlidir. Bütövlükdə mərgümüşün birləşmələrini zəhərlilik dərəcəsinin aşağı enmə ardıcıllığı ilə belə düzmək olar: arsinlər>arsenitlər>arsenatlar>metilarson və demitilarson turşuları. Ən yüksək zəhərliliyi olan-arsindir (AsH3)- çox güclü bərpaedici olub, müxtəlif biogen birləşmələri bərpa edir.

Arsenin əsas hədəflərindən biri-qemdir; o hemolitik təsirə malik zəhər olub, müxtəlif fermentlərə inqibir təsir edir. Onlar orqanizmdə olan zülalların, sisteinin, lip turşusunun, qlutationun A kofermentinin tiol qrupları ilə qarşılıqlı təsidə olub, son nəticədə orqanizmdə olan trikarbon turşularının tsiklini pozur.Qeyd olunan effektlərdən başqa arsenitlər mitoza, DNT-nin sintezinə də təsir edir.

Arsenatlar fosfat analoqlarında böyük rolu olur. Arsenitlər fosforilitik reaksiyaların gediçini pozur. Arsenatlar fosforolitik reaksiyaların,AÜF və AİF sintezinin dayanmasına gətirib çıxarır.

FAO –nun məlumatına görə yaşli insan orqanizminə gündəlik daxil loma norması 0,05-0,42 mq, yəni bədən kütləsinə görə 0,007 mq/kq-a yaxın təşkil edir. Rasionda dəniz məhsulların miqdarl artdıqca bu miqdar da artır. Içməli su ilə sutkada 1 mq mərgümüş qəbul edilir.

Mərgümüşün ən güclü mənbələri elektrik stansiyalarının, metallurgiya istehsalının, misəritmə zavodlarının, digər əlvan metallurgiya müəssisələrinin, sənaye çirkab sularının atmosfer tullantıları və mərgümüş tərkibli pestisidlərdir. Mərgümüş həmçinin xlorun, qələvinin (sənayedə istifadə edilənin 55%-i), yarımkeçiricilərin, şüşənin, rəngləyicilərin istehsalında istifadə edilir.

Mərgümüşün balıqda toplanan qeyri üzvi birləşmələri daha zəhərlidir. Mərgümüşün birləşmələri mədə-həzm sistemində yaxşı sorulur. O, orqanizmdə əsasən 90% böyrəkdən və həzm kanalı ilə çıxır. Həmçinində ana südü ilə də ixrac oluna bilər. Dəniz məhsullarını çox qəbul etdikdə mərgümüşün orqanizmə daxil edilməsi çoxalır. Qida və su ilə insanlar gündə 1 kq mərgümüş qəbul edirlər. Kənd təsərrüfatında mərgümüş, rodensitlər, insektisid, funqisid, ağac konsentratı kimi və torpağın sterilizasiyasında istifadə edilir.

Mərgümüş qida məhsullarında olan ən zəhərli kontaminantlardan biridir. Qida məhsullarının bu metalla zəhərlənməsindən qorunması üçün aşağıdakı tədbirlərdən istifadə edilir:

1) atmosfer havasının, su hövzələrinin, torpağın, mərgümüş tullantılarından, sənaye çirkab sularından, bərk tullantılardan qorunması;

2) Dövlət epidemioloji nəzarəti tərəfindən mərgümüş tərkibli pestisidlərin tətbiqinə ciddi reqlamentin qoyulması;

3) Kənd təsərrüfatında istifadə edilən qeyri ənənvi yem əlavələrinin tərkibində olan mərgümüşün miqdarına nəzarət edilməsi;

4) Qida məhsullarında istifadə edilən reagenlərdə və qida xammalının emalında istifadı olunan materialda mərgümüşün qarışıqlarının olmasına nəzarət.

Kadmium. Kadmium və birləşmələri xalq təsərrüfatında geniş tətbiq edilir. Tez əriyən ərintilərin, qələvi akkumlyatorlarında elektrodların, kadmium lampalarının, mətbəə şriflərinin hazırlanmasında kadmium metalından istifadə olunur.

Kadmium metalı əridilərkən çox zəhərlidir. Onun oksidi daha zəhərli olub mədə turşusunda (HCl) həll olaraq xlorid şəklində qana tez keçir. Kadmiumdan məişət qablarının üzərinə örtük çəkilir. Həmin qablarda turş yeməklər hazırladıqda kadmiumla zəhərlənmələr baş verir.

Həzm sisteminə düşən kadmium birləşmələri böyrəklərin fəaliyyətinə təsir edərək onların tez sıradan çıxmasına səbəb olur. Eləcə də qaraciyərin və ürəyin piylənməsinə, bağırsaq qanaxmalarına şərait yaradır.

Kadmium birləşmələri tütündə daha çox olur. Odur ki, siqaret çəkən zaman kadmium oksid tüstü ilə birlikdə tənəffüs yollarına, oradan da qana keçərək böyrəklərdə və qaraciyərdə toplanır.

Kadmiumun ölüm dozası insanlar üçün müəyyən edilməmişdir. Lakin, onun havada miqdarı 0,0001-0,001 mq/m3 miqdarında ola bilər. Oksidinin aerozulu atmosferdə 2500-2900 mq/m3 olduqda ölüm dozası hesab olunur. Orqanizmdən kadmium çox gec xaric olur. Ağır metal kimi amin, karboksil və merkapta qruplu zülallarla həll olmayan birləşmələr əmələ gətirərək toxumalarda toplanır. Kadmium mikroelement kimi bir sıra bitkilərin tərkibində olmasına baxmayaraq,

onların qəbulu zamanı zəhərlənmə hadisələri baş vermir. 1955-ci ildə Yaponiyada kadmium birləşmələrinin əmələ gətirdiyi xəstəlik müşahidə edilmiş və buna «itai-itai» adı verilmişdir. Əksərən yaşlı qadınlarda əmələ gələn bu xəstəliyin baş vermə səbəbləri təhlil edildikdə məlum olmuşdur ki, orta Yaponiyanın İtsu çayı sahilində istismar olunan sink mədənlərindən suya kadmium birləşmələri keçərək suvarılan düyü plantasiyalarında məhsula daxil olur və belə düyü ilə qidalanan insanlarda,

kadmium sümükdə olan kalsiumu əvəz edərək, sümüklərin elastikliyini azaldır və sümüklərin azacıq təzyiqdən belə qırılmasına səbəb olur. Digər tərəfdən orqanizmə daxil olan kadmium sink metalını onun fermentlərində əvəz edərək fermentlərin funksiyasını pozur. Nəticədə proteinuriya (sidikdə zülalın miqdarının artması) baş

verir.

Kadmium və birləşmələri sintez edilən zavodlarda kadmiumla zəhərlənmələr tez-tez baş verir. Odur ki, təhlükəsizlik texnikasına əməl olunmalı və zavod tullantıları atmosferə və su hövzələrinə yayılmamalıdır.



Mis. Misin birləşmələri sənayedə və kənd təsərrüfatında geniş tətbiq edilməkdədir. Parçaların rənglənməsində, inşaat rənglərinin alınmasında mis birləşmələrindən – CuO, CuCl2, Cu(NO3)2, CuCO3 Cu(OH)2 malaxitdən geniş istifadə olunur. CuSO4- duzandan qalvanoplastikada, yazı rənglərinin hazırlanmasında,

ağac materiallarının uzun müddət çürüməsinin qarşısını almaq üçün hopdurucu maddə kimi istifadə olunur. Bir sıra birləşmələri zəhərli olduğundan kənd təsərrüfatında insektofunksid kimi tətbiq edilir. CuO, CuCl2, Cu(OCl2)2, CuCO3Cu (OH)2CuSO4-ın 10 qramı insanların ölümlə nəticələnən zəhərlənməsinə səbəb olur. Mis atomları zəhərli olduğundan məişət qablarında xörək bişirilərkən mütəmadi zəhərlənmə hadisələri baş verirdi. Bunun qarşısını almaq üçün mis qabları qalay örtüklə örtməyə başladılar. Mis birləşmələri sintez olunan zavodlarda zəhərlənmə hadisələri çox olur. məs. insektofunksid kimi tətbiq edilən paris yaşılı – Cu(CH3COO)2 • 3Cu(AsO2)2 və şeele yaşılı – Cu2As2O5

çox zəhərli olduğundan (1-1,5 qramı ölümlə nəticələnə bilər) onun istifadəsi və saxlanması zamanı təhlükəsizlik texnikasına əməl olunmadıqda ekoloji çirklənmələr baş verir. Suda asan həll olunduğundan su hövzələrində toplanaraq təhlükə yaradır. Torpaqda isə uzun müddət qalaraq bitkilər vasitəsilə insanlara

keçə bilir ki, bu da kannserogen (xərçəng şişləri əmələ gətirən maddələr –kanserogen adlanırlar) xassəyə malik olur. Mis və onun birləşmələri paxlalı bitkilərin toxumlarında və qaraciyərdə toplanırlar.


Civə. Civə sərbəst metal halında və birləşmələr şəklində xalq təsərrüfatında geniş tətbiq edilməkdədir. Civədən lüminesens lampaların, ölçü-nəzarət cihazlarının, civə nasoslarının və düzləndiricilərin istehsalında istifadə olunur. Xlorun elektroliz üsulu ilə alınmasında, qızıl və gümüşün filizlərindən ayrılmasında, kimyəvi qabların kalibirləşməsində civə metalından istifadə olunur. Civənin birləşmələrindən civə nitrat, civə sulfid, civə amidoxlor, sulema, civə yodid, civə oksisianid və civənin üzvi birləşmələri tibbdə və başqa sahələrdə geniş tətbiq edilir.

Odur ki, insanların civə və civə birləşmələri ilə təması qaçılmaz olub, onunla zəhərlənmə hadisələri tez-tez baş verir. Metal civə adi şəraitdə tez buxarlandığından civə termometrləri sınarkən onun buxarları tənəffüs yolu ilə orqanizmə daxil ola bilir. Bu zaman sinir sistemini və ilk növbədə baş beyin yarımkürələrini zədələyir.

Civə 2-xlorid sulema ilə zəhərlənmə zamanı aminturşularda gedən reaksiyalar zamanı həll olmayan birləşmələr əmələ gəlir. Sulemanın ölüm dozası 0,2-0,3 qram olub müalicəsi mümkün olmayan hadisələr törədir. Orqanizmdən civə birləşmələri çətin ixrac olur və əsasən böyrəkdə, qaraciyərdə və dalaqda toplanır. Onun təbii yolla orqanizmə daxil olması da mümkün olub 0,0001 mq təşkil edir.

Xrom (Cr). Təbiətdə xrom əsasən xrom dəmiri filizləri növündə rast gəlinir. Xrom bütün torpaqlarda və bitkilərdə olur. Hər il xrom ətraf mühitə 6,7×108 kq miqdarında yayılır. Xrom üçvalentli (Cr 3+) və altıvalentli (Cr 6+) formada ola bilir. Bioloji obyektlərdə xrom əsasən üçvalentli formada ola bilir. Yaşlı insan orqanizmində 6 mq xrom olur.Yaş artdıqca bu element ağ ciyərlərdə yığılır, amma bu miqdar insan orqanizmi üçün təhlükəli sayılmır. Yaşlı insan üçün gündəlik 50-200 mkq/gün xrom qəbul edilməsi təhlükəli hesab edilmir. Üçvalentli xrom bütün metabolik proseslərdə iştirak edir. Orqanizmdə xromun çatışmamazlığı göz buynuz təbəqəsində morfoloji dəyişikliklərə gətirib çıxarır, əzələ kütləsini və fiziki yükə dözümlülüyü azaldır. O, insan orqanizmində gedən nuklein turşularının vı nukleotidlərin metabolizmlərdə əsas rol oynayır və insulinlə kompleks yaradaraq karbohidrat və enerji mübadiləsinə təsir edir.

Bu metal qalxanvari vəzə təsir edir və əsas mübadiləyə qoşulur. Xrom oksidləşmə-reduksiya reaksiyalarına bərpaedici reaksiyalara təsir edir və başqa metallara rəqib olaraq müxtəlif metabolik prosesləri pozur. Sübut olunub ki, xrom insulinin təsirini bütün metabolik proseslərdə gücləndirir. İnsulininiştirakı ilə xrom piy toxumasında olan qlükozanın oksidləşməsinitezləşdirir və qlükozanın toxumalara daxil olma sürətini artıraraq piyə döndərir və qlikogen sintezini stimullaşdırır. Lakin insulindən asılı olmayan proseslərə təsir etmir. Heyvanlar üzərində aparılan təhqiqatlar göstərir ki, xrom lipid mübasiləsində müəyyən rol oynayır, bu elementin çatışmazlığı aterosklerozun inkişafına gətirib çıxarır.



Üç valentli xrom orqanizmdə çox çətin sorulur. Sənayedə xrom yüksək güclü poladın istehsalında istifadə olunur. Əsasən paslanmayan poladdan olan qabın istifadəsi qidada xromun konsentrasiyasıının çoxalmasına gətirib çıxarır. Xromun zəhərli olması haqda olan məlumatlar bir-birinə ziddir. Bütün növ mikroelementlərdən üçvalentli xrom ən az zəhərlidir. Sübut olunub ki, ətraf mühitdən orqanizmə daxil olan altı valentli xrom ən zəhərlidir. Xromun konsentrasiyası qida məhsullarında çox aşağı olur: tərəvəzlərdə-20-50 mkq/kq, ət məhsullarında -20-560mkq/kq, dəniz məhsullarında -10-440 mkq/kq; gündəlik rasionda-10-100 mkq/kq. Qidada olan xrom 10% həzm olunur, orqanizmdə əsasən sidiklə xaric olunur.

Cədvəl 1.

Müxtəlif qida xammalında və qida məhsullarında olan toksik elementlərin norma səviyyəsi

Məhsullar

Qurğuşun

Mərgümüş

Kadmiy

Civə

Ət və ət məhsulları; quşlar, yumurta və onların emalı məhsulları

0,5-1,0

0,1-1,0

0,05-1,0

0,03-0,2

Süd və süd məhsulları

0,1-0,5

0,05-0,3

0,03-0,2

0,005-0,03

Balıq və balıq olmayan məhsullar və onlardan alınan məsullar

0,5-10,0

1,0-5,0

0,2-2,0

0,1-1,0

Buğda çörək məmulatları

0,035-0,5

0,15-0,3

0,07-0,1

0,015-0,03

Şəkər və qənnadı məmulatları

0,5-1,0

0,3-1,0

0,03-0,2

0,01-0,1

Meyvə tərəvəz məhsulları

0,3-1,0

0,1-0,5

0,03-0,2

0,03-0,05

Yağ xammalı və piyli məhsullar

0,1-1,0

0,1-0,3

0,03-0,2

0,03-0,05

Içkilər

0,03-0,3

0,05-0,2

0,001-0,03

0,0005-0,005

Digər məhsullar

0,2-10,0

0,1-3,0

0,1-1,0

0,03-1,0

Bioloji aktiv əlavələr

Xammala görə

Xammala görə

Xammala görə

Xammala görə

Cədvəl 2.

Kənd təsərrüfatı heyvanlarına verilən yemlərdə olan ağır metalların və mərgümüşün kimyəvi elementləri

Yem növləri

Civə

Quruşun

Mərgümüş

Mis

Selenium

Donuz üçün

kombikorma, heyvan yemi



0,1

5,0

1,0

80,0

1,0

Quşların kökəldilməsi üçün yem

0,1

5,0

1,0

80,0

1,0

Yumurtlatma üçün yem

0,05

3,0

0,5

80,0

0,5

Bordaq üçün yem

0,1

5,0

1,0

30,0

0,5

Südün çoxalması yemi

0,5

3,0

0,5

30,0

0,5

Buğda və buğda növləri

0,1

5,0

0,5

30,0

0,5

Kobud və şirəli

0,05

5,0

0,5

30,0

1,0

Kökümeyvəlilər

0,05

5,0

0,5

30,0

1,0

Mikrobioloji sintezlər

0,1

5,0

2,0

80,0

2,0

Mineral əlavələr

0,1

50,0

50,2

500,0

5,0

Uşaq qidası istehsalı üçün

0,05

2,0

2,0

30,0

0,5

Yüklə 1,53 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin