Mühazirə mətnləri 15 movzu üzrə-30 saat Hazırladı: Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasının



Yüklə 473,55 Kb.
səhifə6/6
tarix20.05.2018
ölçüsü473,55 Kb.
#50936
növüMühazirə
1   2   3   4   5   6
Avropa Ittifaqı (AI) – Maastrix sazişinə əsasən 1993-cü ildə yaradılmışdır, hazırda 15 ölkəni birləşdirir. Avropa Ittifaqı ölkələrinin əsas məqsədi azad ticarətdə texniki maneələri aradan götürməkdir. Bu məqsədə nail olmaq üçün Avropa Ittifaqı çərçivəsində standartlaşdırma və sertifikatlaşdırma üzrə ümumi hüquqi və normativ sənədlərin hazırlanması istiqamətində geniş fəaliyyət göstərilir. Milli standartların və texniki reqlamentlərin arasındakı fərqləri götürmək üçün Avropa Ittifaqı Avropa standartlarının (EN) hazırlanması üçün direktiv qəbul etmişdir. Həmin direktivdə göstərilir ki, Avropa standartları texnikanın və texnologiyanın nailiyyətlərinə əsaslanaraq, yüksək elmi – texniki səviyyədə işlənməlidir. Avropa Ittifaqı ölkələrinə əhali və ətraf mühit üçün təhlükəli ola bilən məhsulların gətirilməsinin qarşısının alınması yönündə əməli tədbirlər görülür.

Avropa Ittifaqında qarşılıqlı tanınma və qəbuletmə prinsipi qüvvədədir. Əgər malın bir Avropa Ittifaqı ölkəsinin standartına uyğunluğu barədə direktiv göstərilirsə, həmin malın bütün Avropa Ittifaqı bazarlarına çıxarılmasına hüquq verilir.

Avropa Ittifaqı texniki sиyasətinin əsas istiqaməti məhsulların keyfiyyətinin ISO 9000 seriyalı beynəlxalq standartların əsasında yaradılan EN 29000 seriyalı Avropa standartlarına uyğunluğunun sertifikatlaşdırılmasından ibarətdir.

Avropa Ittifaqına daxıl olan ölkələrdə ISO, BEK, Sınaq Laboratoriyalarının Akkreditasiyası üzrə Beynəlxalq Konfrans kimi nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən işlənmiş sertifikatlaşdırma və nəzarət üzrə orqanların və sınaq laboratoriyalarının vahid qiymətləndirilmə kriteriyaları və akkreditasiya qaydaları qəbul edilmişdir. Həmin kriteriyalar EN 45000 seriyalı Avropa standartlarına daxil edilmişdir.

Avropa Ittifaqı Birliyinin (AIB) Şurasının qərarına əsasən məhsulun Avropa standartlarına uyğunluğunun qiymətləndirilməsi üçün modullar adlanan üsuldan istifadə edilir. Modullar üsulu – keyfiyyətin uyğunluğunun təsdiqi üsuluna aid edilən milli prosedurların yerinə yetirilməsidir. Onlardan istifadə etmə qaydaları aşağıdakılardan ibarətdir:

- SE nişanı məhsulun Avropa Ittifaqı direktivlərinin əsas tələblərinə uyğunluğunu təsdiq edir;

- əgər dövlətlərin milli uyğunluq nişanları əsas təhlükəsizlik tələblərinə uyğunluğu göstərmirsə, onlar SE uyğunluq nişanı ilə bir yerdə istifadə edilə bilər;

- SE nişanı məhsulun uyğunluğunun qiymətləndirilməsi prosedurunun istehsal mərhələsində aparılmasını təsdiq edir;

- məhsulun uyğunluğunun qiymətləndirilməsi üçün üçüncü müstəqil tərəf cəlb edildikdə onun uyğunluq nişanı SE nişanı ilə bir yerdə istifadə edilə bilər;

- göstərilənlərdən əlavə SE nişanı məhsulun Avropa Ittifaqı qanunverici normalarında göstərilən təhlükəsizliyini ifadə edir.

Avropa Ittifaqı inteqrasiya siyasətinin yeridilməsini təmin edən Avropa regionu səviyyəsində müxtəlif təşkilatlar fəaliyyət göstərir. Onlara aşağıdakılar daxildir: Keyfiyyət üzrə Avropa Təşkilatı (EOK), Standartlaşdırma üzrə Avropa Komitəsi (SEN), Sınaq Laboratoriyalarının Əməkdaşlığının Avropa Təşkilatı (EVROLAB), Sertifikasiya və Sınaqlar üzrə Avropa Təşkilatı(EOIS), Keyfiyyət Sistemlərinin Qiymətləndirilməsi və Sеrtifikatlaşdırılması üzrə Avropa Komitəsi (EKS) və b.

Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrinin 1992-ci ildə təşkil edilmiş Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası (DAŞ) 1996-cı ildə regional təşkilat kimi ISO tərəfindən tanınmışdır. Dövlətlərarası Şuranın işində bizim ölkəmiz də iştirak edir. Dövlətlərarası Şuranın əsas məqsədləri aşağıdakılardan ibarətdir:

- standartlaşdırma, metrologiya, sertifikatlaşdırma işlərinin uyğunlaşdırılması və razılaşdırılması;

- iqtisadi əməkdaşlıqda texniki maneələrin aradan qaldırılması;

- məhsulun keyfiyyətinin obyektiv qiymətləndirilməsi və MDB ölkələrindən idxal edilən məllara verilən sertifikatların və uyğunluq nişanlarının qarşılıqlı tanınması.

Yaxın gələcəkdə MDB ölkələri üçün ümumi qanunverici aktın “Məhsulların və xidmətlərin sertifikatlaşdırılması barədə” və dövlətlərarası normativ sənədlərin işlənməsi planlaşdırılır. Həmin sənədlərdə məhsulun sertifikatlaşdırılmasının ümumi qaydaları və sertifikat ilə uyğunluq nişanının vahid formasının qəbul edilməsi nəzərdə tutulur.

Cənub-Şərqi Asiya Ölkələrinin Assosiasiyasınn (ASEAN) standartlaşdırma və keyfiyyət üzrə 1994-cü ildə Məsləhət Komitəsi yaratmışdır. Həmin dövlətlərarası regional təşkilata ASEAN üzvü olan dövlətlərin standartlaşdırma və sertifikatlaşdırma üzrə milli təşkilatları daxildirlər (Malaziya, Tayland, Indoneziya, Sinqapur, Fillipin, Bruney Darussəlam, Vyetnam).

Bundan əlavə Məsləhət Komitəsinə həmin dövlətlərin sənaye-ticarət palataları da daxildir. Onu da qeyd etmək lazımdır ki, bu ölkələrin çoxunda milli standartlaşdırma və beynəlxalq standartlardan istifadə yüksək səviyyədədir.



Standartlaşdırmanın Panametrika Komitəsi (KOPANT) 1961-ci ildə yaradılmışdır və özündə Latın Amerikası ölkələrinin standartlaşdırma və sertifikatlaşdırma üzrə milli təşkilatlarını birləşdirir. Həmin təşkilatın əsas məqsədi regional ticarətdə texniki maneələrin aradan qaldırılmasından ibarətdir.

Standartlaşdırma üzrə Afrika Regional Təşkilatı (ARCO) 1977-ci ildə yaradılmışdır və 23 Afrika dövlətinin standartlaşdırma və sertifikatlaşdırma üzrə milli təşkilatlarını birləşdirir. Həmin təşkilatın əsas məqsədi ölkələrdə standartlaşdırma və sertifikatlaşdırma işlərinin inkişaf etdirilməsindən ibarətdir.

Standartlaşdırma və Metrologiya üzrə Ərəb Ölkələrinin Təşkilatı (ASMO) 1968-ci ildə yaradılmışdır. Həmin təşkilata 17 ərəb dövlətinin standartlaşdırma və metrologiya üzrə milli təşkilatları daxildir.

Standartlaşdırma və Sertifikatlaşdırma üzrə Skandinaviya Ölkələri Təşkilatı (INCTA) 1952-ci ildə Danimarka, Norvec, Finlandiya və Isveçin milli standartlaşdırma təşkilatlarının təşəbbüsü ilə yaradılmışdır və sonradan həmin təşkilata digər Avropa ölkələrinin standartlaşdırma, metrologiya və sertifikatlaşdırma təşkilatları da daxil olmuşlar.
Yüklə 473,55 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin