Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


Pedaqoji ünsiyyətin ümumi xarakteristikası, onun funksiyaları və etik prinsipləri



Yüklə 95,49 Kb.
səhifə27/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   23   24   25   26   27   28   29   30   ...   58
Pedaqoji ünsiyyətin ümumi xarakteristikası, onun funksiyaları və etik prinsipləri.

Müəllim – şagird münasibətləri kifayət qədər mürəkkəb pedaqoji problemlərdəndir. Bəzən elə gəlir ki, onların pedaqoji proses zamanı qarşılıqlı, birgə fəaliyyət göstərmələri bu problemi aradan qaldırmalıdır. Lakin bu, həmişə mümkün olmur. Çünki ünsiyyətdə olan tərəflərin hər birinin özünəməxsus daxili aləmi vardır. Müəllimin təcrübəsi, bilikləri, inamı, əxlaqi baxışları, yaşına uyğun dəyərli fikirləri, şagirdin isə inkişaf problemləri və zidd fikirləri, hər şeyi dərk etmək cəhdi, müxtəlif istiqamətli tələb, arzu və istəkləri problemi asanlıqla həll etməyə imkan vermir.

Psixoloqlar ünsiyyət anlayışını bu cür təqdim edirlər:



Və ya:

  • insanların birgə fəaliyyətinin tələblərindən doğan, onlar arasında əlaqə yaradan çoxtərəfli prosesdir.

Ünsiyyətdə olan hər bir şəxs aşağıdakılara malik olur:

  • onun sosial - əxlaqi mövqeyini müəyyənləşdirən əqidə, dəyər verdiyi istiqamətlər;

  • ünsiyyət zamanı davranış tərzi;

  • öz iddialarını reallaşdırmağa, özünütəsdiqə cəhd göstərmək;

  • başqalarını başa düşmək həvəsi, qavramaq öyrənmək, anlamaq, obyektiv qiymətləndirmək təcrübəsi.

Pedaqoji ünsiyyət pedaqoqlar və şagirdlər arasında onların birgə fəaliyyətlərinin məqsəd və məzmunundan doğan qarşılıqlı əlaqələrin yaranması və inkişafının təşkili prosesidir. (V.A.Slastyonin)

Pedaqoji ünsiyyət nəticəsində həm şagird, həm də müəllim mənəvi baxımdan zənginləşir. Amma bu zənginləşmə o zaman baş verir ki:



  • müəllim şagirdin daxili-mənəvi aləminə hörmətlə yanaşır, onun müəllimlə razılaşmamaq hüququnun olduğunu qəbul edir;

  • uşaq dünyasına maraq göstərir, halına şərik olur, onun uğur və uğursuzluqlarına şərik olur;

  • uşağın fərdiyyətini ancaq ona məxsus olan dəyər kimi qəbul edir.

Pedaqoji ünsiyyətin əsas funksiyaları bunlardır:

  • məlumatverici;

  • sosial-perseptiv;

  • özünütəqdimetmə;

  • interaktiv;

  • affektiv.


Yüklə 95,49 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin