Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ



Yüklə 95,49 Kb.
səhifə3/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   58
Pedaqoji etika elm sahəsi kimi.

Pedaqoji etika etika elminin tərkib hissəsi olub, əxlaqın vahid pedaqoji proses şəraitində təzahür xüsusiyyətlərini əks etdirir. Pedaqoji etika müəllim fəaliyyətinin müxtəlif əxlaqi aspektləri haqqında elmdir. Pedaqoji etikanın xarakterik xüsusiyyətlərindən biri odur ki, müəllimin təsir obyekti çox kövrək, dinamik keyfiyyətlər daşıyan uşaqdır. Buna görə də o, çox həssas, məsuliyyətli və incə taktiki münasibət göstərməyə məcburdur.

Pedaqoji etikanın predmetini pedaqoqun şüurunda, davranışında, fəaliyyət və münasibətlərində təzahür edən mənəvi qanunauyğunluqlar təşkil edir.

Pedaqoji etika empirik – təsviri, nəzəri-fəlsəfi və normativ funksiyaları həyata keçirir.

Pedaqoji etikanın əsas vəzifələri:



  • pedaqoji mərifətin metodoloji problemləri, mahiyyəti, kateqoriyaları və xüsusiyyətlərinin araşdırılması;

  • pedaqoji əməyin əxlaqi aspektlərini pedaqoji fəaliyyətin xüsusi növü kimi araşdırmaq;

  • müəllimin əxlaqına verilən tələbləri müəyyən etmək;

  • müəllimin fərdi əxlaqi şüurunun mahiyyətini və xüsusiyyətlərini öyrənmək;

  • müəllimlə şagirdlərin əxlaqi münasibətlərinin xarakterini tədqiq etmək;

  • müəllimin əxlaqi tərbiyəsi və özünütərbiyəsi məsələlərini işləyib hazırlamaq.

Pedaqoji etikanın tədqiqat metodları ümumelmi metodlarla eynidir: nəzəri təhlil və tərkib, müşahidə və eksperiment, anketləşdirmə, sosiometriya və s.


Yüklə 95,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin