Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


Pedaqoji takt müəllimin əxlaqi mədəniyyətinin komponenti kimi



Yüklə 95,49 Kb.
səhifə36/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   58
Pedaqoji takt müəllimin əxlaqi mədəniyyətinin komponenti kimi

“Takt” sözünün hərfi mənası “toxunmaq” deməkdir. Pedaqoji baxımdan “takt” dedikdə:

  • bəzən tərbiyəlilik səviyyəsi ilə eyniləşdirirlər, bu zaman takt “nəzakət” anlayışına uyğun gəlir;

  • taktiki hərəkət müəllimin təlim-tərbiyə prosesinə münasibətinin ifadəsidir.

  • Pedaqoji takt – ustalığa, yaradıcı potensiala və yüksək əxlaqa malik müəllimin təlim-tərbiyə prosesində istifadə etdiyi xüsusi vasitədir.

Pedaqoji taktın əsas əlaməti onun müəllim əxlaqi mədəniyyətinə aid olmasıdır. Takt pedaqoji prosesin mənəvi nizamlayıcılarına aid olub müəllimin əxlaqi-psixoloji keyfiyyətlərinə əsaslanır.

Pedaqoji taktın əsas elementləri bunlardır:



  • şagirdə hörmət və tələbkarlıq;

  • şagirdi dinləmək və duymaq, onun problemlərinə şərik olmaq;

  • ünsiyyət zamanı işgüzar şərait yaratmaq;

  • pedaqoqun diqqətli və həssas olması.

Peşəkar taktın təzahürləri:

  • müəllimin üz cizgilərində;

  • yaranmış şəraiti cəld və düzgün qiymətləndirmək və eyni zamanda şagirdin davranış və qabiliyyətləri barədə tələsik qərar verməmək bacarığı;

  • yaranmış mürəkkəb şəraitdə öz hisslərini cilovlaya bilmək və özünü itirməmək bacarığı;

  • müəyyən həddə tələbkarlıqla, şagirdə həssas münasibəti birləşdirmək bacarığı;

  • şagirdlərin yaş və fərdi xüsusiyyətlərini yaxşı bilmək.

Pedaqoji taktikası yüksək olan müəllim işə, işgüzar görüşlərə vaxtında gəlir, kimdənsə aldığı şeyi lazımi müddətdə qaytarır; dedi-qoduya inanmır və s.

Taktın əsasını pedaqoqun təmkinli və səbatlı olmağı təşkil edir. Taktiki cəhətdən güclü olan pedaqoqun əsas fərqləndirici xüsusiyyəti öz şagirdlərinə qarşı yüksək tələbkarlıq və səmimi hörmət göstərməsidir.

Müəllimin pedaqoji takta yiyələnmə səviyyəsi aşağıdakı hallarda özünü göstərir:


  • müəyyən hadisəyə səbəb olan şagirdlə söhbət üçün yerin, vaxtın və söhbət tonunun düzgün seçilməsi;

  • zəif və ya hər hansı işdə geridəqalan şagirdlərə daha artıq diqqətlə yanaşmaq;

  • şagirdlərin nailiyyətlərini qiymətləndirməkdə taktiki davranmaq, buraxılmış səhvlərin izahında həssas olmaq.

Yadda saxlamaq lazımdır ki, rəğbətləndirmə və cəza kimi stimullaşdırıcı üsulların tətbiqi zamanı müəllim daha həssas olmalı və düzgün taktika seçməlidir.


Yüklə 95,49 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin