Nitqin intonasiya tərzi. Ünsiyyətin tonallığı ilə bərabər müəllimin nitqində intonasiya tərzi də mühüm rol oynayır. İntonasiya tərzinə nitq zamanı frazanın deyiliş manerası daxildir. Bu manera ictimai-mədəni mühitin, linqvistik ətrafın, təbii və şəxsi xüsusiyyətlərin, müəllimin rolu barədə fərdi təsəvvürlərin təsiri ilə formalaşır.
Standart intonasiya mövcud deyildir. Real şəraitdən asılı olaraq o həmişə konkretdir. A.S.Makarenko qeyd edirdi ki, səsin intonasiyasından insanın insana münasibəti bilinir. Makarenko “bura gəl” ifadəsini 15-20 çalarda işlədirdi. Bernad Şou qeyd edirdi ki, “hə” deməyin, eləcə də “yox” deməyin 50 qaydası vardır.
“Oho!...” var dağa qaldırar, “oho!...” var dağdan endirər”.
Dostları ilə paylaş: |