Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


Müəllimin danışıq məharətinin təkmilləşdirilməsi yolları



Yüklə 95,49 Kb.
səhifə42/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   38   39   40   41   42   43   44   45   ...   58
Müəllimin danışıq məharətinin təkmilləşdirilməsi yolları.

Müasir dövrdə müəllimin danışıq məharətini təkmilləşdirməsi barədə çoxsayılı metodikalar mövcuddur. Onların əksəriyyəti məşğələlərə səs aparatı üzərində işləməkdən başlamağı (diksiya, intonasiya, nitqin melodikliyi, məntiqi vurğudan düzgün istifadə) məsləhət görür. Heç sözsüz, nitq texnikası müəllimin peşə fəaliyyətində böyük rol oynayır. Amma nitqin bir çox keyfiyyətini əvvəlcədən “ehtiyat kimi” yığıb saxlamaq mümkün deyildir. Bu keyfiyyətlər konkret pedaqoji situasiyalarda danışan şəxsin yaradıcı improvizasiyaları əsasında baş verir.

Müəllimin fəaliyyətində etiket dialoqu böyük rol oynayır. Bunu, adətən, stimul-replikası (parol) və reaksiya replikası (cavab) adlandırırlar:



  • Xoş gördük, Əli müəllim! (parol)

  • Sizi görməyimə şadam İsmayıl müəllim! (cavab)

Etiket dialoqlarının müxtəlif tipləri olur:

  • sosial əlaqə dialoqları (üzr istəmək, təşəkkür, təbrik);

  • vadaredici danışıq aktları (xahiş, məsləhət, təklif, komanda vermək, əmr, tələb);

  • cavab (reaktiv) xarakterli danışıq aktları: razılıq, narazılıq, rədd etmək, icazə vermək.

Öz nitqinizə diqqət edin, yadda saxlayın ki, nitq Sizin pedaqoq kimi şəxsiyyətinizi əks etdirir. Danışıq etiketinin aşağıdakı qaydalarını yadda saxlayın:

  • danışığınızda normadan kənar leksikadan istifadə etməyin: jarqonlar, arqotizm (kiçik bir qrupa aid şərti jarqon);

  • şagirdlərin danışıq xətalarını təkrar etməyin;

  • öz danışığınızın savadlı olmasına çalışın (sözlərin düzgün tələffüzü, vurğunun düzgün qoyulması, yerinə düşən gərəkli sözdən istifadə);

  • “parazit sözlərdən” istifadə etməyin;

  • nitqin tempinə fikir verin;

  • nitqdə intonasiyaya xüsusi fikir verin


  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin