Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


Pedaqoji kollektivdə konfliktlər: əxlaqi-etik aspekt



Yüklə 95,49 Kb.
səhifə48/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   44   45   46   47   48   49   50   51   ...   58
Pedaqoji kollektivdə konfliktlər: əxlaqi-etik aspekt

Məktəb kollektivində konfliktlərin olması da təbiidir. Bu hal adətən, kollektivdə qarşılıqlı anlaşmanın zəif olması ilə bağlı yaranır. Analşılmazlıqlara misal olaraq bir-birinə hörmət etməmək, hər kəsin ancaq özünü haqlı sayması, həmçinin “kollektiv həmişə haqlıdır” qənaətini və s. göstərmək olar. Buna görə də, hər şeydən əvvəl konflikti yaradan səbəblər aşkarlanmalıdır.

Pedaqoji kollektivdə konfliktləri iki qrupa ayırmaq olar:



  • Obyektiv şərtlərdən (vəzifələrin düzgün bölünməməsi) doğan konfliktlər;

  • Subyektiv səbəbdən (motivlərin, baxışların toqquşması, müəyyən bir statusa iddia etmək və s.) yarananlar.

Qeyd olunmalıdır ki, kollektivdə konfliktlərin olmaması da arzu olunan hal deyildir.

Pedaqoji kollektivdə konflikt yaradan amillər bunlardır:



Bəzən mübahisə və diskussiyalar zamanı kəskin mülahizələrə və sözlərə haqlı olaraq yer verilir. Bu konflikt zamanı mübahisənin məzmununa, tənqidin yerində olmasına fikir verilməlidir ki, sözlərin kəskinliyi, sərtliyi kobudluğa çevrilməsin, əsəbilik yaranmasın, insan ləyaqəti təhqir olunmasın.

Bütün peşə fəaliyyəti boyu səhv etməyən insan yoxdur, eləcə də həmişə ancaq uğur qazanmaq mümkün deyildir. Çalışmaq lazımdır ki, həmkarlarla münasibətlərdə hər cür xoşagəlməz hala sakit yanaşmaq, onu aradan qaldırmaq mümkün olsun.

Həmkarlarla ünsiyyət zamanı aşağıdakı tövsiyyələrdən istifadə etmək olar:


  • əvvəlcə özünüzü dərk edin: uğur və çatışmazlıqlarınızı bilin;

  • həmkarınızın işində səhv görən kimi onu tənqid etməyə tələsməyin, səhvi aradan qaldırma yolları üzərində düşünün;

  • əgər bir təklif irəli sürürsünüzsə, onun həqiqətən də təlim-tərbiyə prosesində fikirləşdiyiniz qədər dəyərli olduğunu yəqin edin;

  • ünsiyyət zamanı peşə etikası və mədəniyyətinə əməl edin.


  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin