Mühazirə mətnləri I mövzu: pedaqoji etikanin predmeti VƏ VƏZİFƏLƏRİ


İnsanlar arasında münasibət etikası. Ünsiyyətdə empatiya və simpatiya



Yüklə 95,49 Kb.
səhifə30/58
tarix10.01.2022
ölçüsü95,49 Kb.
#108501
növüMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   58
İnsanlar arasında münasibət etikası. Ünsiyyətdə empatiya və simpatiya.

Müəllim şagirdlərlə ünsiyyət prosesində həm də uşaq şəxsiyyəti haqda biliklərini genişləndirir. Ünsiyyət prosesində simpatiya, antipatiya və empatiya hisslərinə əsaslanan insani münasibətlər də mühüm rol oynayır. Simpatiya, empatiya və insan idrakı insanın digər bir insanın psixologiyasına bələd olmasını dərinləşdirən vahid bir prosesdir.

Empatiya – başqa bir insanın duyğu, emosiya və hisslərini sözlərin köməyi olmadan duymaq, özünü onun vəziyyətində hiss etmək hissidir. Empatiya başqalarının hisslərini öz hisslərin kimi qəbul etməkdir.

Şagirdlər çox vaxt öz fikirlərini müəllimə çatdıra bilmir, amma müəllim şagirdin daxili vəziyyətini “oxuya” bilməli, onun nitqinin tonundan belə nə demək istədiyini anlamalıdır. Empatiya, adətən, refleksiyanı tamamlayır. Bir çox insan özü haqda hər şeyi ünsiyyət saxladığı digərlərinə demir. Elə şeylər var ki, ümumiyyətlə şagird müəlliminə deyə bilmir. Empatiya halında müəllim öz şagirdinin psixi halını, onun emosional vəziyyətini həssaslıqla duya bilir. Şagirdlərin imtahanqabağı qorxu hissi, qoyulmuş məsələnin həllindən doğan sevinc hissi, özündənrazı yeniyetmənin aşağı qiymət aldığı zaman kədərlənməsi, hətta uğurlu yalanı gözəgörünməz yollarla empatik müəllimə bəlli olur.

Empatiyanın iki mərhələsini müəyyən etmişlər: “şəfqət” (“ürəyi yanmaq”, halına acımaq) və “dərdinə şərik olmaq”. “Şəfqət” insanı alturist davranışa, başqasının uğuruna sevinmək kimi əxlaqi tələbata təhrik edir. “Şəfqət” empatiyası daha çox yeniyetmələrə, “dərdinə şərik olma” empatiyası daha çox kiçik məktəbyaşlı şagirdlərə xasdır.

Empatik ünsiyyətin aşağıdakı komponentləri olur:



  • şagirdi dinləmək bacarığı (təkcə nə deyildiyini yox, həm də necə deyildiyini duymaq);

  • şagirdə müsbət hisslərlə yanaşma;

  • Yaxşı inkişaf etmiş diqqət, hafizə və təxəyyül (ünsiyyət zamanı duyulanları təhlil etmək və hadisələrin sonrakı inkişafını proqnozlaşdırmaq).

Simpatiya. Simpatiyanı müəyyən hissi ustanovka (əsas) kimi qəbul etmək olar. Simpatiya müsbət qarşılıq, anlaşma tələb edir. Simpatiya (bəyənmək də demək olar) insanları yaxınlaşdırır, qarşılıqlı hörmət və anlaşma şəraiti yaradır. Bilavasitə münasibətlər zamanı müəyyən insanı üstün tutmaq, bəyənmək kimi hisslər yaranır.

Simpatiya insanlara maraq doğurur. Bu marağın ödənilməsi prosesində insanda ətrafdakıları başa düşmək və qiymətləndirmək üçün zəruri olan emosional – psixoloji şərtlər, əlverişli mühit yaranır.

Müxtəlif sinif kollektivləri və ayrı-ayrı şagirdlərlə ünsiyyət prosesində müəllimdə hansısa kollektivə və uşağa simpatiya yaranır. Eyni halda bəzilərinə də antipatiya yaranır. Müəllim tanıdığı adamın uşağına və ya idmanda uğuruna, ictimai işlərdə fəal iştirak edən şagirdə və s. simpatiya ilə yanaşır. Bu cür yanaşma zamanı şagirdin çatışmazlıqları, adətən, nəzərə çarpmır. Və ya əksinə antipatiya bəslədiyi şagirdin müsbət xüsusiyyətlərini görməyə bilir.

Simpatiya insanda əxlaqi və estetik hisslər yaratmaqla bərabər, həm də bəyəndiyi subyekti daha yaxşı dərk etməyə həvəsləndirir.




  1. Yüklə 95,49 Kb.

    Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin