Pedaqoqun ünsiyyət stili və onun uşağın təlimi, tərbiyəsi və şəxsiyyətinin inkişafına təsiri.
Ünsiyyət stili. Pedaqoq tərəfindən stabil olaraq şagirdlərə göstərilən təsir üsullarının toplusu deməkdir. Müəllimin şagirdlərlə ünsiyyət stili sosial və əxlaqi kateqoriyadır. Bir çox amillərin təsiri ilə formalaşan stil aşağıdakılardan asılıdır:
pedaqoq kimi formalaşmasında rolu olan digər nüfuzlu şəxslərdən.
Adətən, ünsiyyətin üç əsas stilini müəyyənləşdirirlər: avtoritar, demokratik, liberal.
Avtoritar stil.
Şagirdə ünsiyyət zamanı bərabərhüquqlu tərəfdaş kimi deyil, pedaqoji təsir obyekti kimi baxmaq;
uşaq kollektivinin həyatını normativ davranış qanunları əsasında qurmaq;
kollektivin idarəedilməsində bütün funksiyaları öz əlinə almaq;
humanist pedaqogikanın imkanlarında elastikliyin və inamın olmaması;
əmr, təlimat, töhmət, hədə, təşəkkür kimi təsir metodlarına üstünlük verilməsi.
Avtoritar stil nəticəsində uşaqlar daim narahatçılıq hiss edir; öz qüvvələrini təlim prosesinə deyil, müəllimdən psixoloji müdafiəyə sərf edir; kollektivdə inam hissi zəifləyir.
rəğbətləndirmə, inandırma, səmimi irad kimi metodlardan istifadə etmək.
Nəticədə uşaqlarda özünəinam, düzgün əxlaqi məqsədlər yaranır; kollektivdə sağlam psixoloji iqlim formalaşır, şagirdlər bir-birinə xoş münasibət bəsləyirlər.
Ünsiyyət stillərinin daha bir maraqlı təsnifatı O.Boçarovaya məxsusdur:
“Birgə yaradıcılıq” stili. Bu ünsiyyət stili zamanı pedaqoq və şagirdlər ümumi məqsədi birgə səyləri ilə həll edərək paritet (eyni, bərabər) vəziyyətdə olurlar.
“Dostluq şəraitli” stil. Bu stilin əsasında şagird şəxsiyyətinə və ümumiyyətlə bütövlükdə sinifə səmimi maraq və hörmət durur. Amma bu stil zamanı pedaqoq müəyyən yaxınlıq həddini gözləməlidir.
“Zarafatlaşmaq” stili. Daha çox mənfi nəticələr doğura biləcək stildir və adətən gənc müəllimlər tərəfindən istifadə edilir. Bu stil pedaqoji etikanın tələblərinə əks olan yalançı nüfuz yaratmağa aparır.
“Məsafə gözləmək” stili.
“Mentor” stili, “Qorxu” stili. Ünsiyyətin neqativ formalarıdır. Bir şeyi zorla qəbul etdirmək quru nəsihətlər, qorxutmaq ünsiyyətdə yaradıcı mühiti dağıdır.
Müəllimlə şagirdlər arasında ünsiyyətin mürəkkəbliyini hər hansı bir stildən ayrıca istifadə etməklə aradan qaldırmaq olmaz. Bunun üçün ünsiyyət zamanı pedaqoji etikanın incəliklərinə bələd olan pedaqoq konkret real şəraitdən çıxış etməlidir.