Pedaqoji etikanın əsas kateqoriyaları
Pedaqoji etikanın kateqoriyalarına pedaqoji etikanın nəzəri aparatını təşkil edən və mənəviyyatın daha əhəmiyyətli tərəflərini əks etdirən əsas anlayışlar daxildir.
Etika tarixində bu cür kateqoriyalara adətən, xeyir işlər, xeyirxahlıq, vicdan, borc hissi kimi anlayışları daxil edirdilər. Müasir pedaqoji etika kateqoriyalarına aşağıdakılar aiddir:
pedaqoji ədalət (düzgünlük)
professional pedaqoji borc;
peşə şərəfi və vicdanı;
ləyaqət;
pedaqoji nüfuz;
intizamlılıq.
Pedaqoji düzgünlük - pedaqoji fəaliyyətdə qarşılıqlı insani münasibətlərdə əks olunan mənəvi şüur anlayışıdır. “Düzgünlük” anlayışı pedaqoji prosesin bütün iştirakçıları ilə onların hüquq və vəzifələri arasındakı əlaqəni özündə ehtiva edir. Pedaqoji düzgünlük pedaqoqda obyektivliyi gözləmək, hisslərə qapılmamaq, tələsik nəticə çıxarmamaq keyfiyyətləri formalaşdırır.
Dostları ilə paylaş: |