Pedantizm nüfuzu. Hər bir kiçik nöqsanı qabartmaq, şagirdə irad tutmaq nəticəsində qazanılan nüfuzdur. Şagirdin hər bir hərəkətini lazımsız qanuni çərçivəyə salıb, onlarda özünəinamı azaltmaqla müşayət olunur.
Nəsihət nüfuzu. Öz şagirdlərinin nüfuzunu qazanmaq istəyən pedaqoqlar bəzən uzun-uzadı nəsihətlər yolunu seçərək belə hesab edirlər ki, əsil nüfuz qazanmağın yeganə yolu budur.
Zahiri xeyirxahlıq nüfuzu. Adətən, müəllimlik fəaliyyətinə yeni başlayanlarda pedaqoji təcrübənin azlığı səbəbindən yaranır. Lazımi səviyyədə ciddilik və tələbkarlıq olmadığından şagirdlər müəllimin, göstərişlərinə biganə qalır, onun xahişlərinə gülürlər.