Öz şəxsi keyfiyyətlərini və fəaliyyətindəki çatışmazlıqları bilmək.
Pedaqoqun imici ayrı-ayrı komponentlərlə deyil, müxtəlif elementlərin qarşılıqlı əlaqəsindən formalaşır. Müəllimin imicinin formalaşmasında onun real keyfiyyətləri onun haqqında ətrafdakıların rəyləri ilə sıx bağlı olur. Müəllimin imici avtoritet anlayışı ilə sıx bağlıdır.