Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ


Nitq texnikası: nəfəsalma, səs, diksiya, ritmika



Yüklə 88,02 Kb.
səhifə13/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   9   10   11   12   13   14   15   16   ...   42
Nitq texnikası: nəfəsalma, səs, diksiya, ritmika.

Müəllimin nitqinin şagirdlər tərəfindən qavranılması və anlaşılması prosesi mürəkkəb proses olan eşitmə, qulaqasma ilə, sıx əlaqədardır. Yəni şagirdlərin materialı düzgün qavraması müəllimin nitqinin mükəmməlliyindən asılıdır.

Müəllimin nitqdə hər hansı səsi düzgün tələffüz etməməsi şagirdlərdə gülüş yaradır, monoton nitq onları darıxdırır, yerinə düşməyən intonasiya qüsur kimi qəbul edilir.

Bəzən belə düşünürlər ki, səs də, onun tembiri də təbiətən verilir. Müasir eksperimental fiziologiya təsdiq edir ki, səsin keyfiyyətini kökündən dəyişmək olar. Məsələn, Demosfen metodikası. Müasir dövrdə (teatral) pedaqogikaya əsaslanaraq nitq texnikası üzrə tapşırıqlar sistemi hazırlnamışdır. Teatral pedaqogika müəllimə danışıq zamanı düzgün nəfəsalma, səsi cilalama, diksiya sahəsində kompleks vərdişlərə yiyələnmə imkanı verir.

Nəfəsalma. Nəfəsalma orqanizmin, yaşamaq fəaliyyətini təmin edən fizioloji funksiyanı həyata keçirir. Eyni zmanda o, nitqin energetika bazasını da təşkil edir. nəfəsalmada iştirak edən əzələlərə görə onun dörd tipini müəyyən edirlər:


  1. Yuxarı nəfəsalma, köks qəfəsinin yuxarı hissəsi və çiyin əzələlərinin qalxıb-enməsi ilə müşayət olunur. Zəif nəfəsalmadır.

  2. Sinə nəfəsalması ̶ qabırğalararası əzələlərin iştirakı ilə həyata keçirilir. Köks qəfəsi eninə genişlənir. Diafraqma az hərəkətli olduğundan nəfəs buraxma güclü olmur.

  3. Diafraqmal nəfəsalma ̶ diafraqmanın, kiçilməsi nəticəsində köks qəfəsinin uzununa dəyişməsi ilə müşayət olunur.

  4. Diafraqmal-qabırğa nəfəsalması ̶ diafraqmanın qabırğalararası nəfəs əzələlərinin, qarın əzələlərinin, həmçinin köks qəfəsinin kiçilməsi ilə köks qəfəsinin uzununa və eninə dəyişməsi deməkdir. Bu nəfəsalma düzgün sayıldığından nitq zamanı nəfəsalmada məhz ondan istifadə edirlər.


Yüklə 88,02 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin