Pedaqoji ünsiyyətdə aşağıdakı stil növləri müəyyənləşdirilmişdir:
Pedaqoqun yüksək professional imkanları əsasında qurulmuş ünsiyyət.
Dostluq münasibətləri əsasında qurulmuş ünsiyyət.
Məsafəli ünsiyyət. Ünsiyyətin ən çox yayılmış stilidir. Bu zaman müəllimlərlə şagirdlər arasında təlim sahəsində (müəllim nüfuzu və professionallıq) və tərbiyə sahəsində (həyati və yaş fərqi) məsafə gözlənilir.
Qorxu, çəkinmə ünsiyyəti – neqativ, müəllimin nüfuzunun saxta olmasından irəli gələn antihumanist stildir.