Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ


Pedaqoji taktın əlamətləri



Yüklə 88,02 Kb.
səhifə26/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   42
Pedaqoji taktın əlamətləri.

Pedaqoji taktın əlamətləri:

  • Müraciətdə təbiilik, sadəlik;

  • Münasibətdə səmimilik;

  • Şagirdə inam;

  • Yalvarışa keçməyən xahiş;

  • Zorla qəbul etdirilməyən tövsiyyə və məsləhət;

  • Müstəqilliyə ziyan gətirməyən tələb və təlqinetmə;

  • Münasibətləri gərginləşdirməyən ciddilik;

  • Alçaldıcı, təhqiredici olmayan yumor;

  • Münasibətlərdə soyuqluğa, quruluğa, əsəbləşdirməyə gətirib çıxarmayan işgüzarlıq;

  • Heç bir əsas olmadan tələbləri geri götürməyə gətirib çıxarmayan səbatlılıq və ardıcıllıq;

  • Müdaxilə olunmayan müstəqilliyin inkişafı;

  • Tələskənliyə və ehtiyatsızlığa yol verməyən cəldilik və vaxtında hərəkət etmək;

  • Öz nəzarətini xüsusi vurğulamadan şagirdə diqqət göstərmək;

  • Ünsiyyətdə hər cür etinasızlığa və qəzəblənməyə yol verməyən sakit davranış və təmkin.

Pedaqoji taktın əsas əlaməti ünsiyyət prosesində optimal ölçünü ̶ həddi gözləməkdir.

Şagirdin imkanlarına inanmayan, ona pessimist yanaşan və bunu daim qeyd edən müəllim pedaqoji taktdan uzaqdır. Müəllimin şagirdə inanması onun bütün fəaliyyətinin stimulu olmalıdır. Müəllimin insani münasibətlərindəki həddi hiss etməsinin konkret təzahürləri əzizləmə ilə ciddiliyi, xeyirxahlıqla iradı, zarafatla ciddiliyi optimal birləşdirə bilmək bacarığında meydana çıxır.




  1. Yüklə 88,02 Kb.

    Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin