Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ



Yüklə 88,02 Kb.
səhifə29/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   42
Pedaqoji qabiliyyətlər ̶ uşaqlarla işləməyə, onları sevməyə, onlarla ünsiyyətdən həzz almağa sövq edən şəxsi keyfiyyətlərdir.

Kommunikativ qabiliyyətlər ̶ müəllimin şagirdlər, onların valideyinləri, həmkarları, təhsil müəssisəsinin rəhbərləri ilə pedaqoji baxımdan məqsədyönlü əlaqələr yaratmaq bacarığında təzahür edir.

Perseptiv qabiliyyətlər ̶ tərbiyə olunanların mənəvi aləminə daxil olmaq, onların emosional vəziyyətlərini obyektivcəsinə qiymətləndirmək, psixi xüsusiyyətlərini üzə çıxarmaq bacarığında təzahür edir.

Perseptiv qabiliyyətlər ̶ müəllimin şagirdlərin təkcə xarici xüsusiyyətlərini deyil, daha çox daxili aləmini başa düşmək, qavramaq bacarıqlarında ifadə olunur. Bu, şagird şəxsiyyətini, onun psixi durumunu incəliklə duymaqdır. Bu qabiliyyətlərə malik pedaqoq hətta çox cuzi əlamətlərə görə şagirdin mənəvi aləmində baş verən dəyişiklikləri hiss edir və bu dəyişikliklərin nə demək olduğunu anlayır (üzünün ifadəsindən, səsindən, yerişindən duymaq). Çox vaxt bu qabiliyyəti müşahidəçilik adlandırırlar. Məsələn, müəllim şagirdin həqiqətən dərsə qulaq asdığını onun “simulyativ diqqəti”ndən ayırmağı bacarmalıdır. Müəllim yeni materialın izahı zamanı “hər şey aydındırmı ?”, “kim nəyi başa düşmədi?” kimi suallarla kifayətlənməmməlidir. Elə şagirdlər vardır ki, başa düşmədiklərini etiraf etmək istəmirlər. Müəllim bunu bir sıra xarici əlamətlərdən özü müəyyən etməlidir.




Yüklə 88,02 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin