Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ


Pedaqoji fəaliyyət zamanı təzahür edən peşə (professional) kompentasiyaları



Yüklə 88,02 Kb.
səhifə4/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   42
Pedaqoji fəaliyyət zamanı təzahür edən peşə (professional) kompentasiyaları:

  1. Təhsil prosesinin səmərəli təşkili və idarəedilməsinə hazırdır;

  2. Təhsil prosesinin fəaliyyəti və inkişafını təmin etmək üçün professional pedaqoji funksiyaları yerinə yetirməyə hazırdır ;

  3. Gələcək mütəxəssisin zəruri peşə keyfiyyətlərini inkişaf etdirməyə qadirdir;

  4. Profesional-pedaqoji situasiyaları təhlil etməyə qadirdir. və s.


2.Pedaqoji fəaliyyətin xüsusiyyətləri.

Pedaqoji faəliyyətin strukturu aşağıdakı elementlərdən ibarətdir: məqsəd, subyekt, obyekt, vasitələr, nəticə.



Subyekt ̶ prosesin mərkəzi fiquru olub, öz fəaliyyətini obyekt üzərinə yönəldir, nəticədə dəyişilmiş fəaliyyət obyekti alınır.

Pedaqoji fəaliyyətin spesifikliyi, hər şeydən əvvəl fəaliyyətin obyekt və nəticələrinin xüsusiyyətləri ilə əlaqədardır. Pedaqoji fəaliyyətin obyekti, əslində ən ali dəyər olan şagird şəxsiyyətidir. Bu prosesdə şagird özünüinkişaf, özünütəkmilləşdirmə, özünütəhsil fəaliyyətinin subyekti olur. Onun daxili qüvvələrinə, təlabat və qabiliyyətlərinə müraciət etmədən pedaqoji proses səmərəli ola bilməz.

Pedaqoji fəaliyyətin nəticələri: şagird şəxsiyyətinin – onun fəaliyyət istiqamətlərinin (maraqlarının, təlabatının, oriyentasiyasının, əqidəsinin, motivlərinin); təhsil səviyyəsinin (bilik, bacarıq, vərdişlərinin sistemi); tərbiyəlilik səviyyəsinin (əxlaqi, əqli, fiziki, estetik, əmək və s.); sosiallaşma səviyyəsinin, təhsilini davam etdirməsinin keyfiyyətində olan dəyişmələrdir.

Beləliklə, pedaqoji fəaliyyətin xüsusiyyətləri bunlardır:



  1. Pedaqoji fəaliyyət insanın fərdi, unikal, təkrarolunmaz daxili fəaliyyəti, şagird şəxsiyyətinin inkişafına yönəlmiş humanist fəaliyyəti ilə xarakterizə olunur.

  2. Pedaqoji fəaliyyətin obyekti şəxsin özünüinkişafı, özünütəkmilləşdirməsi, özünütəhsili üzrə fəaliyyətinin subyekti kimi çıxış edir.

  3. Pedaqoji fəaliyyət pedaqoqun təhsil prosesinin meneceri kimi çıxış etdiyi metafəaliyyətdir (universal fəaliyyətdir).

  4. Pedaqoji fəaliyyət yaradıcı xarakter daşıyır və pedaqoqu daim mürəkkəb pedaqoji məsələləri həll etməyə cəlb edir.

Pedaqoqun yaradıcılıq potensialı onun yeni, orjinal bir şey yaratmaq, pedaqoji problemlərin qeyri-standart həlli yollarını tapmaqdan, kreativlik səviyyəsindən asılıdır.


Yüklə 88,02 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin