Pedaqoji ünsiyyətin strukturuna, adətən, aşağıdakı mərhələləri daxil edirlər:
Proqnoz mərhələsi. Bu mərhələdə pedaqoq siniflə və ya başqa xarakterli auditoriya ilə həyata keçirəcəyi ünsiyyət prosesinin modelini əvvəlcədən hazırlayır.
Ünsiyyətin başlanğıc mərhələsi ̶ siniflə və digər xarakterli auditoriya ilə ünsiyyətin bilavasitə ilkin mərhələsidir.
Pedaqoji prosesin gedişi və inkişafı zamanı ünsiyyətin idarəedilməsi.
Həyata keçirilən ünsiyyət sisteminin təhlili və gələcək ünsiyyət fəaliyyəti perspektivlərinin müəyyənləşməsi.