Mühazirə mətnləri I. MÜHaziRƏ pedaqoji ustaliq sistem kiMİ


VI MÜHAZİRƏ. MÜƏLLİMİN PEDAQOJİ QABİLİYYƏTLƏRİ



Yüklə 88,02 Kb.
səhifə28/42
tarix01.01.2022
ölçüsü88,02 Kb.
#104194
növüMühazirə
1   ...   24   25   26   27   28   29   30   31   ...   42
VI MÜHAZİRƏ. MÜƏLLİMİN PEDAQOJİ QABİLİYYƏTLƏRİ

Plan.


  1. Müəllimin diqqətini cəmləşdirmə və paylama qabiliyyəti.

  2. Psixomotor qabiliyyətlər: əmək vərdişlərinə yiyələnmə və iradi keyfiyyətlər.

  3. Qnostik qabiliyyətlər.

Ədəbiyyat

  1. Qasımova L, Mahmudova R., Pedaqogika. Bakı, 2012

  2. Kazımov N. Məktəb pedaqogikası, Bakı, 2008

  3. Kazımov N. Pedaqoji ustalığın problemləri. Bakı, 2009

  4. Orucəliyev N. Pedaqoji ustalığın əsasları. Bakı, 2005

  5. Ткачева С.А. Педагогическое мастерство. Kаракол, 2015




  1. Müəllimin diqqətini cəmləşdirmə və paylama qabiliyyəti.

Pedaqoqun professional qabiliyyətləri: kommunikativ, perseptiv (hissi idrakın xüsusi forması), didaktik, ekspressiv (hisslərin ifadə olunması) və avtoritar, major, optimist proqnozlaşdırma.

Qabiliyyət imkanları ̶ beyinin anadangəlmə xüsusiyyətidir. Qabiliyyətlər onun əsasında formalaşır.

Qabiliyyətlər ̶ insanın faliyyət prosesində təzahür edən və fəaliyyətin uğurla yerinə yetirilməsini təmin edən fərdi-psixoloji xüsusiyyətlərdir. Qabiliyyətlərlə insanın yiyələnmiş olduğu bilik, bacarıq və vərdişləri eyniləşdirmək olmaz. Qabiliyyətlər yalnız müəyyən fəaliyyət zamanı üzə çıxır, onlar bir-biri ilə qarşılıqlı əlaqədardır. Bu qabiliyyətlər bilik, bacarıq və vərdişlərdə cəmləşir. Bilik, bacarıq və vərdişlərə yiyələnmə prosesinin sürəti, dərinliyi, asanlığı və möhkəmliyi qabiliyyətlərdən asılıdır. Onları mühit və tərbiyə formalaşdırır və onlar insanın fərdi həyatı prosesində inkişaf edir.

Qabiliyyətlər ümumi və xüsusi olur. Ümumi qabiliyyətlərə diqqət, qavrayış, təfəkkür, təxəyyül kimi idraki proseslərin inkişafı daxildir. Xüsusi qabiliyyətlər ayrıca götürülmüş hər hansı fəaliyyət prosesində (musiqi, riyazi, ədəbi, pedaqoji) yüksək nailiyyətlər qazanmağa kömək edən keyfiyyətlər sistemidir.

Xüsusi qabiliyyətlərin ən yüksək səviyyəsi talanat (istedad) dır.

Talant ̶ qabiliyyətlərin uğurlu, optimal birliyidir. Qabiliyyətlərin əksəriyyətinin xarici inkişaf səviyyəsi insanı dahilik səviyyəsinə yüksəldir. Dahilik səviyyəsinə yüksəlməyin, talantı və qabiliyyətləri inkişaf etdirməyin əsas yolu isə uzunmüddətli, gərgin əməkdir.


Yüklə 88,02 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   42




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin