PEDAQOJİ USTALIĞIN ƏSASLARI
(Tədris metodiki vəsait)
Bu tədris-metodik vəsaitin əsas məqsədi tələblərdə pedaqoji pedaqoji ustalığın formalaşdırılması üçün lazım olan bacarıq və vərdişlərə yiyələnmənin yollarını göstərməkdir.
Tədris-metodik vəsaitə pedaqoji ustalığa dair mühazirələr kursu, praktik tapşırıqların daxil olduğu seminar-parktik məşğələlər, testlər, tələbələrin müstəqil işlərinin təşkilinə və aparılmasına dair treninq və məsləhətlər daxildir.
GİRİŞ
“Pedaqoji ustalıq” fənni gələcək pedaqoqa müəllimin peşə fəaliyyətinin tamlığı barədə təsəvvür formalaşdırmaqda köməklik edir, özünü müəllim-tərbiyəçi kimi hiss etməyə, öz qabiliyyətlərini qiymətəndirməyə kömək edir.
TMV-nin əsas vəzifələri:
Tələblərə öyrəndikləri fənnə daha dərindən yiyələnməkdə kömək etmək.
Tələblərdə zəruri ümumi səriştələrin (kompetensiyaların)-təhlil-tərkib, müqayisə, ümumuiləşdirmə və s. inkişafını təmin etmək.
Tələbələrdə zəruri peşə kompetensiyaların - alınmış biliklərin tətbiqi, tipik pedaqoji şəraitlərin yenidən yaradılması (retrospektiv).
Tələbələrin ümumiyyətlə və öyrənilən fənn üzrə ayrıca nəzarətini sistem halında həyata keçirmək.
Bu TMV-nin materialları mövzular üzrə 7 mühazirə əsasında sistemləşdirilmişdir.
Seminar məşələlər öyrənilmiş nəzəri materialın möhkəmləndirilməsinə və müəyyən peşə bacarıq və vərdişlər formalaşdırılmasına istiqamətləndirilmişdir.
Mühazirə və seminar məşğələlərindən sonra tələblərin müstəqil işlərinə dair tapşırıqlar verilir.
Dostları ilə paylaş: |