Pedaqoji texnikanın formalaşması metodlarına bunları aid edirlər:
Müəyyən bacarıq və vərdişlər formalaşdırılması üçün məşq xarakterli tapşırıqlar sistemi (psixofizioloji treninq);
Gələcək peşə fəaliyyətinə şamil edilən müəyyən qaydalar və tələblər sistemi;
Peşə fəaliyyətinə oxşar şəraitdə treninq, pedaqoji texnikanın səviyyəsini yüksəltməyə imkan verən peşə xüsusiyyət və keyfiyyətlərinin təkmilləşdirilməsi.
Təcrübə göstərir ki, bir çox müəllimlər pedaqoji texnikaya dair bəzi səhvlər buraxdıqlarından təlim-tərbiyə prosesinin səmərəliliyi aşağı düşür. Bu səhvlərə, təxminən, aşağıdakıları aid etmək olar:
Şagirdlərlə və onların valideyinləri ilə danışmağı bacarmamaq;
Öz qəzəbini cilovlaya və ya əksinə, biruzə verə bilməmək;
İnamsızlığı aradan qaldıra bilməmək;
Müvafiq vəziyyəti ala bilməmək, zəruri jesti seçə bilməmək;
Nitqin qüsurlu olması: monoton, emosiyasız, pis diksiya və s.