Kvadrat
Tərif. Bütün tərəfləri bərabər olan düzbucaqlıya kvadrat deyilir.
Tərifdən göründüyü kimi, düzbucaqlı paraleloqramdır. Ona görə də kvadrat da tərəfləri bərabər olan paraleloqramdır və deməli, həm də rombdur. Beləliklə, kvadrat həm düzbucaqlının, həm də rombun malik olduğu bütün xassələrə malikdir.
Xassə.
Kvadratın bütün bucaqları düz bucaqdır.
Kvadratın diaqonalları bərabərdir.
Kvadratın diaqonalları qarşılıqlı perpendikulyardır.
Kvadratın hər bir diaqonalı uyğun təpə bucağının tənbölənidir.
Göründüyü kimi, ilk iki xassə düzbucaqlıya, sonrakı iki xassə romba, bütün dörd xassənin hamısı isə kvadrata aiddir.
Tutaq ki, tərəfi uzunluq vahidinə bərabər olan kvadratı verilmişdir. Yəni . Verilmiş kvadratın sahəsi götürülmüş ölçü vahidində olur. Yəni kvadratın sahəsi onun bir tərəfinin kvadratına bərabərdir.
Ədəbiyyat
1. S.A.Feyziyev, R.Y.Şükürov. Riyaziyyatın ibtidai kursunun nəzəri əsasları.
Bakı 2010
2. N.A.Sadıxov . Riyaziyyatın ibtidai kursunun elmi əsasları.Bakı 1991
Dostları ilə paylaş: |