Çevrə və onun elementləri
Tərif . Müstəvinin verilmiş nöqtəsindən bərabər uzaqlıqda olan bütün nöqtələr
çoxluğundan ibarət həndəsi fiqura çevrə deyilir.
Verilmiş nöqtə - “ O nöqtəsi” çevrənin mərkəzi adlanır. Çevrəyə mənsub olan ixtiyari nöqtəsindən mərkəzə qədər olan məsafə çevrənin radiusu adlanır. Radiusu və ya ilə işarə edirlər :
Çevrənin iki nöqtəsini birləşdirən düz xətt parçasına vətər deyilir. Məsələn, vətərdir. Mərkəzdən keçən vətərə diametr deyilir. Məsələn, diametrdir. Aşkardır ki, diametrin uzunluğu radiusun uzunluğunun iki mislinə bərabərdir, yəni və ya .
Çevrənin mərkəzi hər bir diametrin orta nöqtəsidir. Çevrənin ixtiyari iki nöqtəsi onu iki hissəyə bölür. Bu hissələrdən hər birinə çevrənin qövsü deyilir. Məsələn, qövsü, qövsü. Onların hər biri və nöqtələri ilə məhduddur.
Müstəvi üzərində çevrə ilə düz xətt arasında üç mümkün münasibət ola bilər.
Ç evrə ilə düz xəttin heç bir ortaq
nöqtəsi olmaya bilər. Bu halda düz xət
çevrənin xaricindədir.
Çevrə ilə düz xəttin iki ortaq nöqtəsi
o la bilər. Bu halda düz xətt çevrəni kəsir.
Çevrə ilə iki ortaq nöqtəsi olan düz xəttə çevrənin
kəsəni deyilir.
3)Çevrə ilə düz xəttin yeganə ortaq nöqtəsi
ola bilər. Bu halda düz xətt çevrənin toxunanı adlanır.
Çevrə ilə yalnız bir ortaq nöqtəsi olan düz xəttə
çevrəyə toxunan düz xətt deyilir.
Dostları ilə paylaş: |