Kredit bazarının növləri. Kredit bazarı aşağıdakı prinsiplər üzrə təsnifləşdirilir:
pul vəsaitlərinin yerləşdirilməsi müddətinə görə:
- qısamüddətli kredit bazarı;
- orta və uzunmüddətli kredit bazarı.
2) tədavül sferasına görə:
- milli kredit bazarları (ssuda kapital bazarları) ;
- dünya kredit bazarları (ssuda kapital bazarları);
3) kreditin növlərinə görə:
- ssuda-depozitlər bazarı;
- banklararası kredit bazarı;
- istehsal krediti bazarı;
- ipoteka krediti bazarı;
- istehlak krediti bazarı;
Ssuda depozit bazarında fiziki və hüquqi şəxslərin müvəqqəti azad pul vəsaitləri əmanət banklarına və kassalara qoyulur.
Banklararası kredit bazarında banklar bir-birini kreditləşdirir.Banklararası kredit bazarının vəziyyəti bütövlükdə bütün kredit bazarının durumunun əhəmiyyətli ötrücüsüdür.Banklararası bazarada kreditləşmənin həcminin azalması kredit sferasında ciddi problemlər olduğunu sübut edir.
İstehal krediti bazarında borcalanlar təsərrüfat subyektləridir- istehsal və ticarət müəssisələridir.Kreditorlar-əksəriyyət hallarda banklar olurlar.Müəssisələr də bir-birini kreditləşdirə bilər, lakin bu kimi kreditin həcmi o qədərdə çox olmur.
İpoteka krediti bazarında daşınmaz əmlakların girovu altında uzunmüddətli kreditləşmə həyata keçirlir.İpoteka krediti bazarında həmin növ kreditləşmədə ixtisaslaşmış banklar kreditor kimi çıxış.
Dostları ilə paylaş: |