Azərbaycanda maliyyə bazarının resurs bazası. Azərbaycanda maliyyə bazarının əsas problemlərindən biri resurs bazasının çatışmazlığıdır. Maliyyə resurslarının bazarda ilkin satışında əsas rol kommersiya strukturlarına mənsubdur. Onlar təsərrüfat fəaliyyətini həyata keçirərək əldə edilmiş mənfəəti və amortizasiya ayırmalarını toplayır, müxtəlif ehtiyat fondları yaradırlar.Lakin Azərbaycan Respublikasının kommersiya strukturları məhdud həcmdə müvəqqəti sərbəst vəsaitlərə malikdir.İqtisadiyyatın ayrı-ayrı sahələri üzrə müəssisə və təşkilatların ümumi sayında zərərlə işləyənlərin xüsusi çəkisi 2012-ci ildə sənayedə -5.2%, kənd təsərrüfatında-38.7%, tikintidə-3.8%, nəqliyyat və anbar təsərrüfatında -66.6%, informasiya və rabitədə-11.5%, ticarətdə-41.9%, maliyyə və siğortada-22.2% olmuşdur.