Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


MÖVZU 15.BEYNƏLXALQ MALİYYƏ-KREDİT VƏ VALYUTA MÜNASİBƏTLƏRİ



Yüklə 463,33 Kb.
səhifə119/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   115   116   117   118   119   120   121   122   ...   125
Maliyyə 2018

MÖVZU 15.BEYNƏLXALQ MALİYYƏ-KREDİT VƏ VALYUTA MÜNASİBƏTLƏRİ
P L А N

15.1.BEYNƏLXALQ MALIYYƏ MÜNASIBƏTLƏRININ MƏZMUNU VƏ STRUKTURU

15.2.BEYNƏLXALQ KREDITIN MAHIYYƏTI VƏ ƏSAS FORMALARI

15.3.BEYNƏLXALQ VALYUTA MÜNASIBƏTLƏRI

15.4.AZƏRBAYCAN RESPUBLIKASININ VALYUTA SISTEMI

15.5.BEYNƏLXALQ MALIYYƏ-KREDIT TƏŞKILATLARI

15.1.BEYNƏLXALQ MALIYYƏ MÜNASIBƏTLƏRININ MƏZMUNU VƏ STRUKTURU

Maliyyə münasibətlərinin fəaliyyət dairəsi ayrı-ayrı ölkələrin sərhədləri ilə məhdudlaşmır. Bu münasibətlər beynəlxalq iqtisadiyyatın və beynəlxalq əlaqələrin əsasını təşkil edir. Аdətən maliyyə beynəlxalq iqtisadi əlaqələrdə aparıcı müna­sibətlər sistemi kimi çıxış edir.

Beynəlxalq maliyyə münasibətləri dedikdə, dövlətlər və beynəlxalq maliy­yə təşkilatları arasında yаrаnаn pul münasibətləri nəzərdə tutulur. Bu pul münasi­bət­ləri əsas etibarilə dünya ölkələri arasında idxal-ixrac əməliyyatları və kapitalın beynəlxalq hərəkəti prosesində meydana çıxır. Idxal-ixrac əməliyyatları zamanı malların dəyərləndirilməsi, dövlətlər arasında borc münasibətləri, investisiya axını, ayrı-ayrı ölkələrdəki müəssisələrdən digər ölkələrə gəlirlərin transferi (köçü­rül­məsi) məhz beynəlxalq maliyyə vasitəsilə tənzimlənir.

Beynəlxalq maliyyə həm də tarixi kateqoriyadır. Belə ki, bu münasibətlərin meydana gəlməsi dövlətlərin yaranması və ticarətin meydana gəlməsi dövrlərini əha­tə edir. Ilkin olaraq qızıl və pul münasibətlərinin meydana gəlməsi, müba­di­lə­nin natural formadan bazar formasına keçməsi beynəlxalq maliyyə müna­sibət­ləri­nin yaranmasına səbəb оlmuşdur. Əmtəə-pul münasibətləri ticarətin bütün dünyaya yayılmasına və dövlət səviyyəsində ticarət əməliyyatlarının genişlənməsinə imkan yaratdı. Hələ qədim dövrlərdən yaranmağa başlamış beynəlxalq maliyyə münasi­bət­ləri zaman keçdikcə genişlənmiş, iqtisadiyyatın bütün sahələrini əhatə etməyə baş­lamış və bir sistem kimi formalaşmışdır. Artıq indiki iqtisadi inkişaf səviy­yə­sinə çatmış bu sistem uzun bir inkişaf yolu keçmiş və bütün dünya ölkələri bu sis­tem daxilində maliyyə-iqtisadi münasibətləri qurmuşlаr. Bu sistemin ele­ment­ləri, ya­xud həlqələri kimi çoxlu beynəlxalq və regional maliyyə təşkilatları yaranmış, öz fəaliyyətlərini xeyli genişləndirmişlər.

Beynəlxalq maliyyə münasibətləri bir sıra formalarda özünü təzahür etdirir. Bunlardan valyuta münasibətlərini, kredit münasibətlərini, investisiya müna­si­bət­lərini göstərmək olar ki, bu zaman da beynəlxalq maliyyə münasibətləri bu və ya digər formada təzahür edir.

1.Beynəlxalq maliyyə münasibətlərini çox zaman valyuta münasibətləri kimi xarakterizə edirlər ki, bu da valyuta münasibətlərinin beynəlxalq iqtisadi və ma­liyyə sistemində əsas yer tutması ilə bağlıdır. Belə ki, valyuta bütün iqtisadi mü­na­sibətlərdə əsas ödəniş vasitəsi, bütün dünya üzrə yığım və borc vasitəsidir.

2.Beynəlxalq maliyyə münasibətlərinin ən mühüm təzahür formalarından biri beynəlxalq kreditlər və kredit münasibətləridir. Beynəlxalq kredit münasibət­ləri qaytarılması və faizi ödənilməsi şərtilə valyuta və əmtəə ehtiyatlarının təqdim olun­ması ilə əlaqədar olan beynəlxalq iqtisadi münasibətlər sferasında borc kapi­ta­lının hərəkətidir.

Beynəlxalq maliyyə: Bazar və qeyri-bazar maliyyəsinə ayrılır.

Beynəlxalq bazar maliyyəsi-bu, daxili bazar tədavülündən götürülmüş xarici və Avropa banklarında müvəqqəti azad pul vəsaitlərinin depozitləşdirilməsi, beynəlxalq borc və pay (səhm) qiymətli kağızlarının alınması vasitəsilə beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş dünya ölkələrinin dövlət və özəl strukturlarının maliyyəsidir. Bazar beynəlxalq maliyyəsi bazar şərtləri ilə ölkələrin kredit reytinqinə uyğun olaraq verilir.

Dünya maliyyəsinin strukturu beynəlxalq maliyyə bazarlarının, beynəlxalq bank işinin, beynəlxalq təşkilatların maliyyəsinin və beynəlxalq portfel investisiyalarının məcmusundan ibarətdir.

Beynəlxalq maliyyənin tərkibində özəl və açıq (ümumi) maliyyəni ayırmaq olar. Özəl maliyyənin əsas subyektləri dövlətlərin milli və xarici, fiziki və hüquqi şəxsləri, habelə onlar tərəfindən yaradılan təşkilatlardır. Ümumi maliyyənin subyektlərinə suveren dövlətlər, dövlət təşkilatları, dövlət qurumları, azad şəhərlər və sair aiddir.

Dünya maliyyə bazarı funksional baxımdan: valyuta bazarlarına, sığorta xidməti bazarlarına, kredit bazarına, səhm və kredit bazarlarına bölünür.

Maliyyə aktivlərinin tədavülü müddətinə görə beynəlxalq maliyyə bazarının aşağıdakı seqmentləri seçilir:


  • valyuta bazarları

  • kapital bazarları.

Beynəlxalq maliyyə bazarı iştirakçılarının tiplərinin, forma və növlərinin müxtəlifliyi onların geniş təsnifləşdirilməsini tələb rdir. Təsnifləşdirmənin aşağıdakı əlamətləri seçilir: əməliyyatda subyektlərin iştirakı xarakteri, iştirakın məqsəd və motivləri, elemenilərin tipləri və onların xarakteristikası; subyektin ölkə mənşəliliyi, investor və borclunun tipləri.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin