AR Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyi dövlət büdcəsinin kassa icrasını həyata keçirən, maliyyə vəsaitlərinin idarə edilməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır. Dövlət Xəzinədarlığı Agentliyi AR Prezidentinin 9 fevral 2009-cu il 48 saylı Fərmanı əsasında yaradılmışdır. Agentlik aşağıdakı vəzifələri həyata keçirir:
1.Dövlət büdcəsinin layihəsinin hazırlanmasında iştirak edir və onun kassa icrasını təmin edir;
2.Dövlət büdcəsinin bütün daxilolmaları ilə bağlı əməliyyatları həyata keçirir;
3.Dövlət büdcəsinin kəsirinin bağlanması ilə bağlı əməliyyatları həyata keçirir;
4.Dövlət büdcəsində nəzərdə tutulmuş xərcləri maliyyələşdirir;
Maliyyə resurslarından səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədilə maliyyə planlaşdırılmasını həyata keçirir;
5.Ehtiyat fondlarından vəsaitlərin müəyyən edilmiş təyinatlar üzrə yönəldilməsi;
6.Maliyyə vəsaitlərin istifadə dilməsində şəffaflığı təmin edir;
7.Dövlət büdcəsinin icrasına dair hesabatın layihəsini və icmal hesabatı hazırlayır və s.
Dostları ilə paylaş: |