Kreditorun kateqoriyasından asılı olaraq aşağıdakı beynəlxalq kreditlər fərqləndirilir:
Firma
Bank krediti
Broker krediti
Hökumət krediti
Qarışıq kredit
Beynəlxalq intitutların dövlətlərarası krediti
Firma krediti ixrac edən tərəfindən xarici idxalçıya əmtəəyə görə ödənişin müddətinin uzadılması şəklində verilir. O veksel və ya açıq hesabla rəsmiləşdirilir. Veksel kreditində ixracçı köçürmə veksel (tratta) qoyur ki. Bu da onu kommersiya sənədlərini aldığı zaman akseptləşir.
Bank krediti. Bir qayda olaraq əmtəə-material dəyərlərinin girovu altında banklar tərəfindən idxalçı və ixracçılara verilən kreditdir.
Broker krediti- firma krediti ilə bank krediti arasında aralıq formadır.brokerlər vəsaiti banklardan borc olaraq alır. Bu halda banlkların rolu azalır.
Dövlətlərarası kreditlər – hökumətlərarası sazişlərə əsasən verilir. Beynəlxalq maliyyə institutları çox da böyük olmayan kreditlərlə kifayətlənir ki, bu da borcalana dünya borc kapitalı bazarında özəl xarici bankların kreditlərinə yol açır.
Lizinq- üç ildən beş ilədək daşınan və daşınmaz əmlakın icarəyə verilməsi haqqında razılaşmadır. Adi icarədən fərqli olaraq lizinq bağlaşmasının obyekti lizinq alan tərəfindən seçilir, lizin verən isə avadanlıği öz hesabına əldə edir. Lizinqin müddəti avadanlığın fiziki köhnəlmə müddətindən qısa olur.
Faktorinq- ixtisaslaşdırılmş maliyyə kompaniyaları tərəfindən ixracçının bütün pul tələbnamələrinin xarici idxalçıya onun ödəmə müddətinin çatmasınadək kontraktın 70 - 90%- dək məbləğinin alınmasıdır. Faktrorinq kompaniyası ixracçını 120 gün müddətinədək kreitləşdirilir.