Dövlət Sığorta Nəzarəti Xidməti Azərbaycan Respublikası Prezidentinin 9 fevral 2009-cu il tarizli 48 nömrəli Fərmanına əsasən fəaliyyət göstərir. Sığorta Nəzarəti Xidməti sığorta fəaliyyəti sahəsində dövlət tənzimlənməsi və nəzarəti həyata keçirir.
Onun funksiya və vəzifələri aşağıdakılardır:
1.Sığortalıların, sığortaçıların və sığorta bazarının digər iştiraçılarının, dövlətin hüquq və nənafelərinin qorunması məqsədilə sığorta qanunvericiliyinin tələblərinə əməl edilməsi məqsədi ilə sığorta sektorunda tənzimləmə və nəzarət funksiyası həyata keçirir;
2.Sığorta fəaliyyətinə lisenziya verilməsi, verilmiş lisenziyanın ləğv edilməsi barədə AR Maliyyə Nazirliyi qarşısında vəsatət qaldırır;
3.Sığorta bazarının inkişaf etdirilməsi və sığorta sisteminin təkmilləşdirilməsi üçün müvafiq tədbirlər həyata keşirir;
4.Sığortaçıların və təkrar sığortaçıların maliyyə sabitliyinə və ödəmə qabiliyyətinə, o cümlədən onların qanunvericiliklə müəyyən edilmiş normativlərə əməl etməsinə nəzarət edir;
5.Sığorta işi subyektlərinin hesabatlarını alır, işləyib hazırlayır və təhlil edir;
Dostları ilə paylaş: |