Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


MALIYYƏ SIYASƏTININ MAHIYYƏTI VƏ TƏŞKILI



Yüklə 463,33 Kb.
səhifə16/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   ...   125
Maliyyə 2018

2.3.MALIYYƏ SIYASƏTININ MAHIYYƏTI VƏ TƏŞKILI

PRINSIPLƏRI
Maliyyə siyasəti - dövlətin maliyyə sistemi vasitəsilə həyata keçirdiyi iqtisadi tədbirlər sistemindən ibarətdir.

Maliyyə siyasəti - müəyyən bir iqtisadi məqsədlərə çatmaq üçün maliyyədən istifadə olunmasıdır. Dövlət, xüsusilə makroiqtisadi məqsədlərinə çatmaq üçün maliyyə vasitələrindən istifadə edir. Dövlət gəlirlərinin artırılması, büdcə tarazlığı iqtisadi artıma aparan əsas vasitələrdir, bu vasitələrin təmin olunması isə maliyyə siyasətinin əsas vəzifələrindəndir.

Maliyyə siyasəti iqtisadiyyatın və sosial sferanın ayrı-ayrı sahələrinin, təsərrüfat subyektlərinin inkişafının məqsəd və vəzifələrinin reallaşdırılmasının təmin edilməsinə yönəldilmişdir.

Maliyyə siyasəti aşağıdakı struktur elementlərə əsaslanır: maliyyə siya­səti­nin elmi cəhətdən əsaslandırılmış konsepsiyasının işlənib hazırlanması; cari və gə­ləcək dövrlərdə maliyyədən istifadənin əsas istiqamətlərinin müəyyənləş­di­ril­məsi; gələcək dövr üçün maliyyədən istifadənin əsas istiqamətlərinin araşdırılması.

Təcrübədə maliyyə siyasətinin nisbətən müstəqil növü kimi: fiskal, tənzim­ləyici və nəzarət maliyyə siyasəti fərqləndirilir.

Fiskal maliyyə siyasəti vergi gəlirlərinin mümkün qədər artırılması məqsə­di­ni xarakterizə edir.

Tənzimləyici maliyyə siyasətində vergilərin tənzimləyici rolunun güclən­di­ril­məsinə diqqət yetirilir. Bu istiqamət vergi güzəştləri edilməsi və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsinə əsaslanır.

Maliyyə siyasətinin işlənməsi Maliyyə Nazirliyinə həvalə olunmuşdur. Maliyyə Nazirliyi maliyyə siyasətinin bir neçə variantını hazırlayır. Bu variantlar ekspertlər tərəfindən qiymətləndirilir və əlverişli variant baxılmaq üçün hökumətə təqdim edilir. Yalnız hökumətin müvafiq qərarı ilə maliyyə siyasətinin ən optimal variantı icra edilmək üçün göndərilir. Icra funksiyasını Maliyyə Nazirliyi yerinə yetirir.

Maliyyə siyasətinin həyata keçirilməsində dövlətin məqsədi, cəmiyyətin inkişafının ən vacib tələbatını təmim etmək üçün zəruri olan maliyyə ehtiyatlarının tam səfərbərliyə alınmasıdır. Buna uyğun olaraq, maliyyə siyasətinin həyata keçirilməsi sahibkarlıq fəaliyyətinin fəallaşdırılması üçün lazımi şəraitin təşkil edilməsini təmin etməlidir.

Maliyyə siyasətinin əsas məqsədi maliyyə ehtiyatlarının həcmini və istifadəsinin səmərəliliyini artırmaq olmalıdır. Maliyyə siyasətinin hazırlanması zamanı konkret tarixi şərait nəzərə alınmalıdır

Qаrşıyа qоyulаn məqsədlərin хаrаktеrindən və həll оlunmаsı mеtоdlаrыndаn аsыlы оlаrаq mаliyyə siyаsəti 2 yеrə bölünür:

1.Mаliyyə strategiyası;

2.Mаliyyə tаktikаsı.


Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin