Mühazirə mətnləri MÖvzu maliYYƏNİn mahiYYƏTİ VƏ funksiyalari


AR Dövlət Gömrük Komitəsi



Yüklə 463,33 Kb.
səhifə25/125
tarix31.12.2021
ölçüsü463,33 Kb.
#113361
növüMühazirə
1   ...   21   22   23   24   25   26   27   28   ...   125
Maliyyə 2018

AR Dövlət Gömrük Komitəsi gömrük işi sahəsində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Onun vəzifə və funksiyaları: Gömrük işi­nin təşkili və onun təkmilləşdirilməsi; gömrük siyasətinin həyata keçirilməsi; respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoru­maq; gömrük ərazisinin vahidliyinin təmin edilməsi; gömrük tənzimlənməsi vasitələrinin tətbiqini təşkil etmək; gömrük siyasətinin həyata keçirilməsi üçün hüquqi, iqtisadi, təşkilati mexanizmlər hazırlanması, onların həyata keçirilməsinin təmin edilməsi; gömrük nəzarətinin həyata keçirilməsi; gömrük sərhədindən keçirilən mallardan vergilərin, rüsumların, aksizlərin və digər gömrük ödənişlərinin alınmasının təşkili; malların gömrük dəyərinin düzgün mü­əy­yən olunması sahəsində nəzarətin həyata keçirilməsi; gömrük, rüsum və vergilərin vaxtında, tam həcmdə dövlət büdcəsinə köçürülməsinin təmin edilməsi; malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsinə dair qay­da­la­rın işlənib hazırlanmasının təşkili və onların icrasının təmin edilməsi; valyuta nə­za­rə­tinin təmin edilməsi; qaçaqmalçılıq və gömrük işi sahəsində cinayətlərə qarşı mübarizə aparılmasının təmin edilməsi; xarici ticarətin gömrük statistikasının apa­rıl­masının təşkil edilməsi; xarici dövlətlərin gömrük və digər səlahiyyətli orqanları ilə əməkdaşlığın və qarşılıqlı fəaliyyətin həyata keçirilməsi; gömrük idarələri, gömrükxanalar, gömrük postları, gömrük laboratoriyaları, elmi-tədqiqat və tədris müəssisələri, hesablama mərkəzləri yaradılması və ləğv edilməsi və s.

“AR Mərkəzi Bankı Haqqında” AR-nın 10 dekabr 2004-cü il tarixli Qanununa əsasən MB xüsusi səlahiyyətli dövlət idarəçilik orqanı olmaqla pul-kredit və valyuta sahəsində dövlət siyasətini müəyyən edir, nagd pul dövriyyəsini təşkil edir, valyuta tənzimlənməsini həyata keçirir, bank fəaliyyətini lisenziyalaşdırır, bank fəaliyyətinə nəzarəti həyata keçirir və s.




Yüklə 463,33 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   125




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin